Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur.
Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıların bazardakı davranışı da mühüm rol oynayır. Bəs Bakıda mənzillərin bahalaşması hansı həddə qədər davam edə bilər və yaxın dövrdə qiymətlərdə yeni artım gözlənilirmi?
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, bazardakı qiymət dinamikasına yalnız nominal artım kimi yanaşmaq düzgün olmaz. Burada bir neçə amil eyni vaxtda rol oynayır: torpaq və tikinti xərclərinin yüksəlməsi, yeni tikililərin maya dəyərinin artması, şəhərdə keyfiyyətli və əlçatan mənzil təklifinin məhdudluğu, həmçinin əhalinin mənzilə olan tələbatı.
Xüsusilə Bakıda torpaq resurslarının məhdudluğu və yeni layihələrin əvvəlki illərlə müqayisədə daha yüksək xərc tələb etməsi ilkin və təkrar mənzil bazarında qiymətlərin aşağı istiqamətdə hərəkət etməsini çətinləşdirən amillərdəndir.
Bununla belə, "qiymətlər mütləq bu qədər də artacaq" demək üçün bazara təsir edən bütün faktorları nəzərə almaq lazımdır. Qiymət artımının tempi gəlirlərin dinamikasından, ipoteka və kredit imkanlarından, tikinti sektorunda xərclərin dəyişməsindən, yeni mənzil təklifinin həcmindən və alıcıların real ödəmə qabiliyyətindən asılı olacaq.
Mənim fikrimcə, növbəti mərhələdə əsas məsələ qiymətlərin sadəcə artıb-artmaması deyil, artım tempinin necə dəyişəcəyidir. Bazar müəyyən mərhələdə yüksək qiymət səviyyəsinə çatdıqdan sonra artımın sürəti zəifləyə bilər. Yəni əvvəlki dövrlərdə müşahidə olunan kəskin artımların əvəzinə daha tədricən və seqmentlər üzrə fərqlənən qiymət dinamikası formalaşa bilər.
Burada Bakı üzrə vahid bazardan danışmaq da düzgün deyil. Şəhərin müxtəlif ərazilərində qiymət dinamikası eyni olmayacaq. Nəqliyyat infrastrukturu, ərazinin inkişaf perspektivi, tikilinin yaşı, mənzilin sahəsi və planlaşdırılması, sənədlərin vəziyyəti, layihənin keyfiyyəti və sosial infrastruktur kimi amillər konkret əmlakın qiymətinə ciddi təsir göstərir.
Ona görə də "Bakıda evlər daha nə qədər bahalaşa bilər?" sualına tək bir rəqəmlə cavab verməkdənsə, bazarın fundamental göstəricilərinə baxmaq daha doğrudur. Əgər tələb yüksək olaraq qalarsa, təklif kifayət qədər genişlənməzsə və tikinti xərclərində ciddi azalma baş verməzsə, qiymət artımının davam etməsi mümkündür. Lakin bu artımın əvvəlki kimi sürətli olması mütləq deyil.
Digər mühüm məqam odur ki, daşınmaz əmlak bazarında qiymət artımı ilə real alıcılıq qabiliyyəti arasında balans qorunmalıdır. Qiymətlər gəlirlərin artımını uzun müddət əhəmiyyətli dərəcədə üstələdikdə, bazarda alıcıların qərar vermə müddəti uzana və əməliyyatların sayı dəyişə bilər. Bu isə öz növbəsində qiymət artımının sürətinə təsir edə bilər.
Nəticə etibarilə, mən bazarda yaxın perspektivdə qiymətlərin aşağı düşəcəyindən daha çox, artım tempinin və bazarın ayrı-ayrı seqmentlərində fərqlənmələrin əsas müzakirə mövzusu olacağını düşünürəm. Əsas indikator isə yalnız elan qiymətləri deyil, real bağlanan sövdələşmələrin sayı, alıcıların maliyyə imkanları, yeni təklifin həcmi və bazardakı tələb-təklif balansı olacaq.
Bu səbəbdən daşınmaz əmlak bazarını qiymətləndirərkən emosional gözləntilərdən deyil, konkret bazar göstəricilərindən çıxış etmək daha sağlam yanaşmadır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA