MN-dəki 9 milyonluq mənimsəmə: "Mənimsənilən pullarla bağlı sistem 1993-cü ildən belə idi"
Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov ifadə verib.
O bildirib ki, yoxlama zamanı üzə çıxan neqativləri maliyyə xidmət rəisləri və təftişə gələnlər arasında həll ediblər:
"Hərbi hissələrin illik maliyyə smetası müəyyən olunurdu. Bizə ayrılan illik maliyyə xərclərə kifayət edir, yekunda həmin pullardan artıq da qalırdı. Təftişə verilən və maliyyələşməyə qalan pulların faizləri köhnə qayda ilə müəyyən olunurdu. Bu sistem 1993-cü ildən belə idi".
Müttəhim Rəşad Məlikzadə bildirib ki, xüsusi tapşırıqlar əsasında müəyyən miqdarda vəsaitləri digər zabitlərə də verib. Bu tapşırıqları ona Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfovdan alıb.
"Təftiş vaxtı Rafael Xələfovu tapmaq olmurdu. O, 11 ayın sultanı kimi 12-ci ayda yoxa çıxırdı. Nizami Məmmədovdan hər hansı bir göstəriş almamışam", - deyə R.Məlikzadə bildirib.
Nizami Məmmədov əlavə edib ki, maliyyə və təftişə veriləcək pulların faizləri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin əvvəlki rəisi Namiq Poladovun vaxtında da elə olub:
"Mən vəzifəyə təyin olunanda maliyyələşmənin bu məsələdən kənarda qalmamasını və puldan 20 faiz verilməsini tapşırmışdım. Rəfail Xələfov Rəşad Məlikzadədən təftişə vermək adı ilə pul alıb, lakin sonra onun pulu təftişə vermədiyini müəyyən etmişik".
R.Məlikzadə istintaqda 1 milyon 615 min manat pulun xüsusi tapşırıqla mənimsənildiyini bildirib. Nizami Məmmədov məhkəmədə buna cavab olaraq bildirib ki, xüsusi tapşırıqları R.Məlikzadəyə özü verib və həmin pullar da ona çatıb. Xüsusi tapşırıqla mənimsənilən pulları büdcəyə qaytarıb.
O, həmçinin əlavə edib ki, maliyyə xidmət rəislərinin Rafael Xələfovla problemləri olub. R.Xələfov pulu alıb, lakin maliyyə rəislərinə verməyib.
Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
9 369 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 725 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabr