Tahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilib

Tahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilibİş adamı Tahir Gözelin təşəbbüsü ilə Bakıda "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda mütəxəssislərin iştirakı ilə iki günlük işgüzar toplantı təşkil edilib.

Rəqəmsal İnkişaf və Rabitə nazirliyi, Ekologiya və Təbii Sərvətlər nazirliyi, ADA Universiteti, ARDNF, COP 29 Təşkilat Komitəsi, Aztrans Rail, ADY, Özbəkistan Nəqliyyat nazirliyi, Gürcüstan Dəmir Yolları, Böyük Britaniyanın "Overseas Development Initiative"( ODI) təşkilatının rəsmiləri və müstəqil ekspertlərin iştirakı ilə təşkil edilmiş görüş çərçivəsində Azərbaycanın Orta Dəhliz ideyasının reallaşdırılmasının əsas təşəbbüskarı və lideri olduğu vurğulanaraq, bu layihənin Paris Sazişi və digər ekoloji beynəlxalq qanunvericilik tələblərinə uyğun olaraq reallaşdırılmalı olduğu qeyd olunub.

Jurnalistlərə açıqlama verən Tahir Gözel layihəni reallaşdırılmasına dəstək verməyə hazır olan ODI təşkilatının dayanıqlılıq, iqlim üzrə çox nüfuzlu şirkət olduğunu bildirib.

İş adamı bu konfransın məqsədini açıqlayarkən bildirib ki, hazırda Azərbaycan və bölgənin digər ölkələrinin iştirakı ilə işə başlayacaq Orta Dəhlizin daha dayanıqlı olması üçün xüsusi layihə hazırlanır.

Ümumilikdə Orta Dəhliz layihəsinə xarici investorlar tərəfindən 18 milyard avro investisiya cəlb edilməsi gözlənilir.

Lakin hazırda bütün dünyada İqlim Dəyişikliyinə çox böyük diqqət ayrıldığı üçün bu qlobal layihənin də yaşıl iqtisadiyyat anlayışına uyğun olması və bu istiqamətdə araşdırmaların aparılmasına ehtiyac var.

Tahir Gözelin təşkil etdiyi iki günlük işgüzar toplantı da bu məqsəd daşıyır və araşdırmalar nəticəsində hazırlanacaq fəaliyyət planının COP 29-da təqdim edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində Orta Dəhlizin ekoloji təmizliyini təmin etməklə bərabər Xəzər Dənizinin qorunması da təmin ediləcək.

Bu qlobal əhəmiyyətə malik layihə "Tahir Gözəl. İnkişaf üçün təşəbbüs" Fondunun dəstəyi ilə hazırlanır.

Bölgədə ilk dəfə olaraq, Ümumdünya maliyyə donorlarına təqdim olunacaq belə bir sənəd hazırlanır.

Daha sonra ODI təşkilatının dəstəyi ilə Böyük Britaniyanın Dövlət Meterologiya Ofisi layihəyə dəvət olunacaq və super kompyuterlər hesabına gözlənilən risklərin hesablanması həyata keçiriləcək.

Eyni zamanda daha öncə Afrika qitəsində 700-800 milyon avro xərclənilərək həyata keçirilmiş nəqliyyat dəhlizlərində karbon dioksid tullantılarının ölçülməsi təcrübəsinin Orta Dəhlizdə tətbiq edilməsi mövzusunda da ODI tərəfindən müşavirlik dəstəyinin verilməsi nəzərdə tutulur.

Qlobal İqlim Dəyişikliyinin bütün dünyanın diqqət mərkəzində olduğunu bildirən Tahir Gözel hazırda böyük biznes layihələrinə dəstək üçün dayanıqlılıq hesabatlrının tələb olunduğunu qeyd edilib.

İş adamı hazırda "karbon ayaq izi"nin ölçülməsi, karbon offset məhsulların istehsalı, "Circular economy" kimi terminlərin dünya biznesində əsas ifadələrə çevrildiyini qeyd edib.

Tahir Gözel COP 29 kimi böyük bir layihəyə ev sahibliyi edən Azərbaycanın Orta Dəhliz layihəsində də öndərlik etdiyini və bunun çox qürurverici hal olduğunu bildirdi.

Bu layihənin davamlı olacağını, beynəlxalq mütəxəssislərin iştirakı ilə Özbəkistan və Çində də icra edilməsinin nəzərdə tutulduğu qeyd edildi.

Qeyd edək ki, ölkəmizin tarixi, mədəniyyəti və ənənələrinə xüsusi həssaslıqla yanaşan Tahir Gözel mütəmadi olaraq , Azərbaycan dəyərlərinin təbliği məqsədilə yerli və qlobal layihələrə dəstək verir.
Tahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilibTahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilibTahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilibTahir Gözelin təşəbbüsü ilə "Orta Dəhlizin yaşıllaşdırılması" mövzusunda işgüzar toplantı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 937   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr