Azərbaycanda daha bir palçıq vulkanı püskürüb - FOTO
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində "Məlikçobanlı" palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.
BAKU.WS xəbər verir ki, püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -"Zərnava" və "Qobustan" rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb.
Xatırladaq ki, bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb.
Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.
Qeyd edək ki, 2019-cu il 5 fevral tarixində İsmayıllı rayonunda maqnitudası ml=5.2 olan güclü hiss olunan zəlzələ baş verib. Həmin zəlzələdən sonra Şamaxı-İsmayıllı ərazisində 10 gün ərzində maqnitudası ml≥3.0 olan afterşoklar qeydə alınıb.
Həmin zəlzələdən sonra Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən "Quşçu" palçıq vulkanının aktivləşməsi qeydə alınıb. 2019-cu il 27 may tarixində yerli vaxtla 16:33-də Şamaxı rayonunda yerləşən Məlikçobanlı palçıq vulkanı püskürüb. Püskürmə nəticəsində kraterin hündürlüyü 10-15 metrə qədər qalxıb və yer qatından çıxan palçıq 2 hektar əraziyə yayılıb. Vulkanın təsirindən əraziyə yaxın torpaqlarda qabarma və çatlar əmələ gəlib. Evlərə və təsərrüfata ziyan dəyməyib.
Rəqamsal stansiyaların məlumatları əsasında Məlikçobanlı palçıq vulkanlarının ocağın dərinliyi 5 km, püskürməyin davamlılığı 1 dəq, ayrılan enerjisi isə 3.4*106 Coul təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 811 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabr