Azərbaycan dili imtahanından Dilçilik İnstitutunun xəbəri yoxdur? - "Bir saat özlərini təriflədilər"

Azərbaycan dili imtahanından Dilçilik İnstitutunun xəbəri yoxdur? - "Bir saat özlərini təriflədilər"Hər bir ölkənin dövlət dilinin təsbit olunmuş normaları var. Həmin normalar isə müvafiq istiqamətlər - yeni terminlər, alınma sözlər istisna olmaqla, standart qaydalara uyğun olaraq təbliğ edilir. Hətta bir çox ölkələrdə hər ilin sonunda ən çox istifadə edilən sözü seçmək üçün monitorinqlər aparırlar. Təəssüf ki, Azərbaycanda bu metod hələ də tətbiq edilmir.

Hər beş ildən bir Azərbaycan dilinin orfoqrafiya lüğəti yenilənir. Lakin bəzi dilçilər, yenilənmələrə rəğmən, bir çox sözlərin hələ də düzgün yazılış qaydasının lüğətdə qeyd edilmədiyini bildirirlər.

Hətta Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-a müsahibəsində qeyd etmişdi ki, bizim ən böyük problemimiz milli dilimizin korpusunun olmamasıdır:

"Buna görə lüğətlərdə bir sıra səhvlər baş verir. İndiyədək 20 min söz lüğətdən çıxarılıb. Adamdan soruşarlar ki, bax, hansı əsasla bu qədər sözü lüğətdən çıxarmışıq?! Dil məsələsində vaxt itirməməli, dünya təcrübəsinə əsaslanmalıyıq".

Dekabrın son günlərində gündəmə gələn lüğət, dilin korpusu məsələsinə yenidən qayıtmağımıza təkanı isə Azərbaycan dili üzrə sertifikasiya imtahanının CEFR səviyyəsində keçirilməsi ilə bağlı yenilik verdi.

Hətta orfoqrafiya lüğətinin tərtibində problemlər olduğu halda bu imtahan hansı əsaslarla keçiriləcək? May ayının birində onlayn qaydada aktivləşəcək, iki ay müddətinə pulsuz keçirilməsi nəzərdə tutulan imtahana hansı vəsaitlərlə hazırlaşmaq lazımdır? Azərbaycan dilinin qrammatikası ilə bağlı vahid, təsdiqlənmiş proqram, kitab varmı?

Bu və digər məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, proqram, sadəcə, yol göstəricisidir, onun hazırlanması üçün əsas vəsait mövcud olmalıdır, lakin təəssüf ki, yoxdur:

"Əvvəla, qeyd edim ki, bu məsələ Elm və Təhsil Nazirliyinin işidir. Digər tərəfdən, təəssüf ki, Dilçilik İnstitutu bu kimi məsələlərdə heç vaxt yada düşmür. Bu layihəni də kənar şəxslər işləyib-hazırlayıblar. Layihə kimi yaxşı təşəbbüsdür, bir söz demirəm. Amma mən bu layihənin təqdimatında da iştirak etdim. Bir saatdan çox davam edən təqdimatda ancaq bir-birini tərif edən çıxışları dinlədik və bitdi. Amma biz nə vəsaitləri, nə də proqramın tamamlanmış halını görə bildik.

Təşəbbüsün özünü alqışlayıram. Azərbaycan dilində dərs vəsaitləri ilə bağlı hər kəs danışır, şikayətlənir. Amma təəssüf ki, bizə bu məsələlərə nə müdaxilə etməyə izn verir, nə də birgə layihə həyata keçirirlər. Düşünürəm ki, bu məqamları, heç olmasa, gələcəkdə nəzərə almaq lazımdır".

N.Məmmədli qeyd edib ki, sözügedən sertifikasiya imtahanında qrammatik qaydaların norma və tələblərinə dair vəsait olmadan mətn verib səhvləri axtarmaq tələb ediləcəksə, bu, düzgün olmayacaq:

"Hər şeydən öncə Azərbaycan dilinin qrammatikası ilə bağlı müfəssəl məlumat verilməlidir. Kurikulum sistemi bu mənada dünya təcrübəsində olan uğurlu sistemlərdən biridir. Bu, müəllim-şagird, müəllim-tələbənin birgə çalışması və nəticə verməsidir. Amma dilin qrammatik normalarını vermədən mətn təqdim edib orada nöqsan tapılmasını tələb etməyi düzgün saymıram.

Təqdimata dəvət üçün təşəkkürümü bildirdim, lakin gərək bu proqram bu səviyyədə təqdim edilməzdi. Bizim də fikir bildirməyimiz üçün zaman ayrılmalı idi, amma buna şərait yaradılmadı.

Mənim etiraz etdiyim məqam odur ki, əgər ölkənin Dilçilik İnstitutu fəaliyyət göstərirsə, bu işlə hansısa fəlsəfə doktoru səviyyəsində şəxslər deyil, bilavasitə biz məşğul olmalıyıq. Layihəni Dilçilik İnstitutu müzakirəyə qoyardı, vəsait çap edilərdi, ayrı-ayrı instansiyalara sorğu verib, cavab ala bilərdik.

Yenə deyirəm, layihə olaraq yaxşıdır, buraya Miqrasiya Xidməti də qoşula bilər. Sadəcə, təəssüf ki, bizdə hər şeyi çətinləşdirmək istəyi, insanları dolaşığa salmaq həvəsi var. Həm qəbul imtahanlarında, həm bu tip imtahanlarda insanların cavab verə bilməyəcəkləri suallar tərtib edərək çətinlik yaratmağa çalışırlar.

Azərbaycan dili ilə bağlı Dilçilik İnstitutuna müraciət olunmalı idi. Biz heç görmədiyimiz bir şeyin bir saatdan çox təriflənməsinə qulaq asdıq. Heç çıxış edənlər özləri də bilmirdilər ki, bizə nəyi izah edirlər, necə izah edirlər. Bu gün də biz bilmirik ki, söhbət nədən gedir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1202   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr