"Star Wars"un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib - FOTO
"Star Wars" ("Ulduz müharibələri") serialının uşaq ulduzu kimi tanınan və filmdə "Anakin Skayvolker" obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib.
Onun orta məktəb illərindən psixi problemləri olduğu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığı üzə çıxıb.
Bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd "Scripps News" nəşrinə verdiyi müsahibədə danışıb.
Liza Lloyd oğlunun xasiyyətindəki dəyişikliyi ilk dəfə gördüyü vaxtı xatırlayıb.
"Ceykin orta məktəbdə bəzi problemləri yaranmağa başladı. O, fərqli "reallıqlar" haqqında danışırdı. Bu reallıqdamı, yoxsa başqa bir reallıqdamı olduğunu bilmirdi. Nə deyəcəyimi bilmirdim", - deyə qadın qeyd edib.
Aktyorun anası bir gün oğlundan ev tapşırığını yerinə yetirib-yetirmədiyini soruşub.
"Mən bunu etməliyəm, ya yox, bilmirəm. Hansı reallıqda olduğumu bilmirəm", - deyə Ceyk ona cavab verib.
"Və mən dedim ki, sən bu gün mənim reallığımdasan, ona görə də ev tapşırığını etməlisən", - deyə Liza qeyd edib.
Anasının sözlərinə görə, Ceyki həkimə apardığı zaman onda bipolyar pozğunluq ola biləcəyi deyilib.
"Problemin aradan qaldırılması üçün bir neçə dərman verdilər, amma heç biri təsir etmədi. Daha sonra universitetə başladı. Amma çox dərs buraxırdı və mənə insanların onu izlədiyini deyirdi. Bizə demirdi, amma var olmayan səslər eşidirdi. Küçədə ona baxan "qara gözlü" insanları gördüyünü deyirdi. Bəzən gecə saatlarında "Daily Show"un aparıcısı Con Stüart ilə televiziya ekranından söhbət edirdi. Bir dəfə təşviş içində mənə zəng edib dedi ki, evə kimsə girib və onu vurub. Dəhşətə gəlmişdim, amma sonra hallüsinasiya olduğunu anlamışdım", - deyə Liza Lloyd əlavə edib.
Yeniyetməlik illərindən müxtəlif həkimlərə müraciət edən Ceyk Lloyda sonunda paranoid şizofreniya diaqnozu qoyulub.
"Onlar Ceykə diaqnozunu deyəndə, bu onu daha pis depressiyaya saldı. Həqiqətən çox çətin idi. Xəstə olduğunu düşünmədiyi üçün bir müddət dərman qəbulundan imtina etmişdi", - deyə anası bildirib. (oxu.az)










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 731 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrNübar bu kanalda çalışacaq
Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft
30 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabr