Prezidentlər Xudafərində nələri MÜZAKİRƏ EDƏCƏK? - AÇIQLAMA

Prezidentlər Xudafərində nələri MÜZAKİRƏ EDƏCƏK? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər. bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında bildirib. Bəs prezidentlərXudafərində nələri müzakirə edəcək?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında deyib ki, İran səfiri Azərbaycan və İran prezidentləri Xudafərində görüşəcəklərini deyib. Biz bilirik ki, bir neçə il öncə təməli qoyulmuş Xudafərin və Qız qalası su elektrik stansiyalarının hidroqovşaqlarının tikintisi ilə bağlı razılıq əldə edilmişdi:

" Azərbaycan İran ilə birlikdə həmin stansiyaların tikilməsi proseslərini həyata keçirirdi. Nəzərə alsaq ki, prosesdən sonra Cənubi Qafqazda ciddi dəyişikliklər olub. Azərbaycan İkinci Qarabağ müharibəsini etmək məcburiyyətində qaldı. Azərbaycan Cənubi Qafqazı sülhə yaxın edib. Bu gün artıq post münaqişə dövrünün son dönəmlərini yaşayırıq. Düşünürəm ki, post münaqişə dövründə bəzi məsələlərin həllindən sonra biz münaqişə səhifəsini tam şəkildə bağlamış olacağıq. Cənubi Qafqazda bütün dövlətlər arasında, o cümlədən Azərbaycan Ermənistan arasında münasibətlər normallaşacaq. Eyni zamanda Cənubi Qafqazda sülh və təhlükəsizlik formalaşacaq. Bütün bu məqamları nəzərə alsaq Cənubi Qafqazda bütün iqtisadi kommunikasiyaların bərpası prosesini real olaraq düşünə bilərik. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri həyata keçirir. Beynəlxalq standartlara cavab verən hava limanları, avtomobil və dəmir yolları, tunel və körpülərin inşasını həyata keçirir. Bu Cənubi Qafqazın inkişafına xidmət edən addımlardandır".

Prezidentlər Xudafərində nələri MÜZAKİRƏ EDƏCƏK? - AÇIQLAMAEkspertin sözlərinə görə, Azərbaycan İranla münasibətlərində iqtisadi və nəqliyyat kommunikasiyalarin genişləndirilməsi prosesini həyata keçirməlidir:

"O cümlədən Zəngəzur dəhlizinə alternativ yolun tikintisi ilə bağlı məsələni özündə ehtiva edir. Azərbaycan bir daha ortaya qoydu ki, pozuculuq siyasəti yürüdənləein bütün addımlarına və səylərinə rəğmən alternativ yollar var. Ermənistan yenə də layihələrdən kənarda qalmaq və düşmənçilik siyasətini yürütmək istəyirsə, Azərbaycan ilə münasibətlərin normallaşması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, o halda yenidən Azərbaycan üçün alternativlər var. Hətta Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edən İranla belə biz həmin dəhlizə alternativ yolun çəkilməsinə razılığa gələ bilirik. Biz bir daha beynəlxalq aləmə ve Ermənistan ictimaiyyətinə sübut etmiş olduq. Hesab edirəm ki, bundan ciddi nəticə çıxarmaq lazımdır. Artıq Azərbaycanın Zəngəzur dəhlizinə alternativ yolun Ağbənddən keçən körpüdən reallaşmasından sonra bu prosesə paralel olaraq Xudafərin və Qız qalası su hidro qovşaqlarının istifadə veriləcəyi prosesini həyata keçirsə, bir daha ondan xəbər verəcək ki, region üçün böyük iqtisadi potensial yaranır. Daha doğrusu logistika potensialı yaranır və bundan bütün dövlətlər istifadə edəcək. Bu prosesdə pozuculuq siyasəti yeridənlər layihədən kənarda qalacaqlar. O cümlədən Ermənistan və dəstək göstərən Fransa prosesə əngəl törədirsə, layihədən kənarda qalmalıdırlar".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin iyul ayında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiq edib. Sazişə əsasən Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1171   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr