"Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi"
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.
"Qafqazinfo"nun məlumatına görə, ağır cinayətdə ittiham olunan 4 nəfər kanvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Bu iş üzrə istintaq orqanı tərəfindən 10 nəfər şahid qismində tanınıb. Ötən gün onlardan 5-i hakim qarşısında ifadə verib.
Şahidlərlərdən biri Elməddin Əliyevdir. Əliyev polis əməkdaşıdır. Amma hadisə baş verən vaxt xidmətdə olmayıb. O, Fazil Mustafanın vurulduğu yerin yaxınlığında yaşayır.
Şahid deyir ki, hadisə vaxtı evinin həyətində gəzirmiş. Qəfil güllə səsi eşidib: "Tez küçəyə çıxdım. Səs gələn yeri dəqiq bilmədiyim üçün əvvəl səhv istiqamətə getdim. Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim. (Səbuhi Şirinovu nəzərdə tutur-red) Təxminən mənim yaşda olardı. Amma çox soyuqqanlı idi".
Şahid istintaqa verdiyi ifadəsində deyir ki, ilk güllə səsindən sonra ardıcıl 2-3 dəfə də atəş səsi gəlib. Evdən çıxıb atəş səsi gələn yeri axtararkən isə qara kepka, qara şalvarlı tanış olmayan kişi görüb: "Yanımdan keçəndə səsli formada yerə tüpürdü. Onun bu hərəkəti və salam vermədən keçməsi qəribə gəldi. Arxası ilə baxdım, təxminən 30 yaşlı, 1.72 santimetr boylu kişi idi. Nə isə, evə qayıtdım. Bir az sonra polis maşını səsi eşitdim. Yenidən küçəyə çıxanda nə baş verdiyini öyrəndim".
Şahid İslam Zeynalov da əvvəlki şahid kimi hadisə baş verən yerin yaxınlığında yaşayır. Dediyinə görə, həmin gün 6-8 dəfə güllə səsi eşidib. Zeynalov keçmiş hərbçidir. Bu səbəbdən o, güllənin səsinə görə hansı silahdan çıxdığını da müəyyən edib.
"Mən hal şahidi yox, səs şahidiyəm. Vəssalam", - deyə Zeynalov ifadəsini bitirib.
Prosesin davamında iki nəfər hal şahidi ifadə verib. Hər iki şahid hadisədən sonra Fazil Mustafanı güllələməkdə ittiham olunan Səbuhi Şirinovun evində aparılan axtarışda iştirak ediblər. Şahidlər ikisi də eyni danışıb. Onlar axtarış zamanı evdən dini kitablar və 15 min manat pul çıxdığını görüblər.
Proses martın 29-u digər şahidlərin ifadələri ilə davam edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Ötən ilin martında baş vermiş cinayətə görə 5 nəfər-Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham verilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1333 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrNübar bu kanalda çalışacaq
Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft
30 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabr