"Arvadımın telefonunda Elməddinin qeyri-etik şəkillərini görəndə bildim ki..."

"Arvadımın telefonunda Elməddinin qeyri-etik şəkillərini görəndə bildim ki..."Salyan rayonunda 1990-cı il təvəllüdlü Mahmud 1998-ci il təvəllüdlü həyat yoldaşı Şahnazı (adlar şərti verilib - red.) öldürüb.

Mahmud rəsmi nikahda olduğu arvadı Şahnazın mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələnib. Habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə saat üç radələrində qonşusu Elməddinlə yaşadığı evdə gizli görüşərək əxlaqsızlıq etdiyini öyrənib.

Bu səbəbdən uzun müddət Şahnazla mübahisələr edib. Şahnaz altı avqust 2023-cü ildə yaşadığı evdə sirkə turşusu içərək zəhərləndiyi üçün xəstəxanada müalicə olunub. Mahmud arvadı anası evində yaşamağa başlayandan sonra qısqanclıq zəminində qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

Mahmud cinayətkar niyyətini həyata keçirmək üçün Şahnazın sirkə turşusu içməsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanına birlikdə izahat verməyə getmək bəhanəsi ilə görüşmələri üçün mobil telefonla danışaraq onu razı salıb. Avqustun 16-da saat 14 radələrində mağazadan bıçaq alıb. Cinayəti törətmək üçün cəsarətlənmək məqsədilə Salyan şəhəri ərazisindəki kafelərin birində içki içərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb.

Mahmud daha sonra onu gözləyən Şahnazla görüşüb və bıçaqla ona xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, ailəsi ilə birlikdə Salyan rayonunun kəndində yaşayıb, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olub:

"2016-cı ildə Şahnazla ailə quraraq rəsmi nikaha daxil oldum. Onu atama məxsus evə gətirdim. Birgə nikahımızdan qızım Səlimə və oğlum Nəcəf dünyaya gəldilər. 2019-cu ilədək ata evində normal yaşamışıq. 2019-cu ildən Şahnaz məişət məsələləri ilə əlaqədar valideynlərimlə mübahisə etməyə başladı və ayrı evdə yaşamağı tələb etdi. Buna görə atam həyətdə olan boş torpaq sahəsində ev tikdirdi və 2020-ci ildə ailəmi ora köçürtdü. Təzə evə köçəndən altı-yeddi ay normal yaşadıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildən etibarən Şahnaz onunla yola getməməyə, xırda məişət məsələlərinə görə mübahisə, münaqişə etməyə başlayıb:

"Artıq məni sevmədiyini, məndən boşanmaq istədiyini bildirdi. Mən Şahnazdan boşanmaq istəmirdim. Buna görə aramızda davalar olub. Belə davaların birində Şahnaza şillə vurdum. O da küsərək atası evinə getdi və barəmdə Salyan Rayon Polis Şöbəsinə şikayət etdi.

Şahnazla barışdığım üçün barəmdə cinayət işi başlanılmadı. Sonra o, boşanmaq üçün Salyan Rayon Məhkəməsinə ərizə verdi. Sonra isə barışdığımız üçün ərizəsini geri götürdü. Bir müddət mehriban yaşasaq da, Şahnaz yenə də müxtəlif bəhanələrlə məndən küsüb atasının evinə getdi. Mən onu hər dəfə çətinliklə yola gətirmişəm, barışmışıq".

Mahmud qeyd edib ki, 2022-ci ildə Şahnazın öz mobil telefonu ilə hamam otağında gizli-gizli tanımadığı kişi ilə danışdığını eşidib:

"Telefonu Şahnazın əlindən almaq istəyəndə onu yerə çırparaq sındırdı. Nömrəni tapa bilmədiyim üçün onu tam ifşa edə bilmədim. Sonradan ona yeni mobil telefon aldım.

Şahnaz mənə soyuq davrandığından, mənimlə intim münasibətə girməkdən yayınmağa çalışdığından xəyanət etməsinə şübhələrim artmağa başladı. Son zamanlar o, mobil telefonunun kodunu məndən gizlədirdi. Buna görə də şübhələrim artdı. Hərdən işləmək üçün Bakıya gedib orada bir neçə gün qalırdım. Həmin müddətdə Şahnaz evdə tək olurdu. Qayıdanda Şahnazın özünü aparmağından mənə xəyanət etdiyi şübhəsinə düşürdüm. Bakıda olanda Şahnaz bir dəfə də məndən küsərək xəbərsiz atasının evinə getdi. Onu evə anası qaytardı".

Mahmudun ifadəsinə görə, 2023-cü ildə Şahnazın mobil telefonunu azyaşlı oğlu götürüb. Bu zaman Şahnaz telefonu uşağın əlindən alıb. Uşaq telefonda qonşumuz Elməddinin qeyri-etik fotolarını görüb:

"Şahnazdan fotolar barədə soruşdum. Elməddinin öz şəkilini səhvən ona göndərdiyini bildirdi. Bundan sonra Şahnaz mobil telefonu məndən gizlətməyə daha çox çalışdı, giriş kodunu dəyişdi. Bütün qovluqlara, girişə parol qoydu. Şahnazın mənə xəyanət etdiyini bildim. Lakin uşaqlara görə ona heç nə edə bilmədim. Azyaşlı oğlum Bakıda xəstəxanada əməliyyat olunduğu vaxt Şahnaz yeddi-səkkiz gün uşağın yanında qaldı, xəstəxanadan çıxmaq istəmədi. Onun bu hərəkətindən xəstəxanada mənə xəyanət etməsindən şübhələndim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyul ayında Bakı şəhərində yaşayan xalası Yetərin evində qonaq olub:

"Xalamdan eşitdim ki, Şahnaz qonşumuz Elməddinlə görüşür. Elməddinin arvadı onları birlikdə görüb. Evimə qayıdan kimi Şahnazı Elməddinlə görüşüb-görüşməməsi barədə sorğu-sual etdim. Lakin heç nəyi etiraf etmədi. Bir dəfə Şahnaz telefonda dedi ki, Elməddinlə sevgiliyəm. Bir dəfə qardaşım Aydın Şahnazın xəyanət etməsi səbəbindən kənddə biabır olduğumuzu, buna görə Bakıya çıxıb gedəcəyini bildirdi və qısa zamanda dediyini etdi. Kənddə hamının mənə qəribə baxdığını, öz aralarında pıçıldaşdıqlarını görəndə çox pis vəziyyətə düşdüm. Xəcalətimdən, utandığımdan insanların arasına çıxa bilmədim. Şahnazı boşamasam da, Elməddin haqda eşitdiklərimə görə tez-tez onunla aramızda mübahisə baş verirdi".

Mahmudun sözlərinə görə, Şahnaz son zamanlar onunla mübahisə edərkən xəyanət etdiyini etiraf edib.

"Avqustun yeddisində gecə məni yuxudan oyadaraq sirkə turşusu içdiyini dedi, xəstəxanaya aparmağımı istədi. Qonşusunun avtomobili ilə onu xəstəxanaya apardım. Həmin vaxt Şahnaz yaxşı danışa bilmədiyi üçün sirkə turşusu içməsinin səbəbini bilmədim. Sonradan məlum oldu ki, mənimlə arasında olan davadan sonra bu addımı atıb. Şahnaz üç-dörd gün xəstəxanada müalicə olunandan sonra yenə də atasının evinə getdi. Həmin vaxt uşaqlarım da anasının yanında qaldılar. Şahnazın mobil telefonuna zəng çatmadığı üçün öz telefonumla bacısı Fərqanəyə zəng etdim və bu yolla Şahnazla bir neçə dəfə danışdım. Şahnaz məni sevmədiyini, ayrılacağını, başqa kişi ilə ailə quracağını bildirdi. Bu sözlərdən daha da əsəbiləşərək onu öldürmək qərarına gəldim. Atasının evində qaldığı üçün onu küçədə öldürməyi planlaşdırdım".

O qeyd edib ki, Şahnazı sakit və insanların az olduğu yerdə öldürmək istəyib:

"Şahnaz görüşə bacısı ilə gəldi. Şahnazı bacısının yanında öldürmək istəmirdim. Lakin başqa yolum qalmadığından poçt məntəqəsinin qarşısında cibimdəki bıçaqla Şahnazın ürək nahiyəsinə bir zərbə vurdum. Zərbəni zəif vurduğumu hiss etdim. Bir zərbədən ölməyəcəyini düşünərək bıçaqla ürək nahiyəsinə ikinci zərbəni endirdim. Fərqanə Şahnaza üçüncü zərbəni vuracağımı düşünərək əlimdən tutdu. Daha zərbə endirmək fikrim olmadığından bıçağı poçtun qarşısında yerə atdım, qaçaraq uzaqlaşdım. Şahnazı bıçaqla vuranda ətrafda və yanımda Fərqanədən başqa heç kim olmayıb".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.//Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2698   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

30 il yediyi göbələk bu dəfə onu zəhərlədi: Reanimasiyaya yerləşdirildi - VİDEO

Türkiyənin Ərzurum vilayətində 30 ildən artıqdır təbiətdən topladığı göbələkləri istehlak edən 50 yaşlı Ekrem Aydəmir bu dəfə ağır zəhərlənərək reanimasiya şöbəsinə yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, üç uşaq atası olan və bazarda çalışan Ekrem Aydəmir təxminən bir həftə əvvəl dostlar

6 iyul
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

4 iyul
.

Bakıda AĞIR QƏZA - Avtomobil iki hissəyə bölündü: Yaralının SON DURUMU - VİDEO

Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) -a verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 23:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunç

7 iyul
.

Autizmli 6 yaşlı qızın uşaqlar tərəfindən su kanalına itələndiyi iddia olunur - VİDEO

Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda 6 yaşlı autizmli Helin Naz Budakın özündən böyük uşaqlar tərəfindən zorla su kanalına itələndiyi iddia edilir. xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə uşaqların Helin Nazı dəfələrlə kanala itələməyə cəhd göstərdiyi

6 iyul
.

Həyat yoldaşının meyitini parçalayıb zibilə atan qadın: "Üzərimdə 40 ilin zülmü var"

Türkiyənin Bursa şəhərində həyat yoldaşının meyitini parçalayıb müxtəlif zibil qutularına atmaqda təqsirləndirilən 69 yaşlı Adalet U.-nun məhkəmə prosesi başlayıb. xarici mediaya istinadla xəbər verir ki, Bursa 9-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda "həyat yoldaşını qəsdən öldürmə"

9 iyul
.

Metroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO

İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva

10 iyul
.

Azyaşlı övladlarının gözü qarşısında bıçaqla onu döyən ərindən şikayətçi olmadı - VİDEO

Türkiyənin Hatay vilayətində ailədaxili zorakılıq hadisəsi baş verib. Ayrılmaq istədiyi həyat yoldaşı tərəfindən azyaşlı övladlarının gözü qarşısında bıçaqla təhdid edilərək döyüldüyü bildirilən qadının əri məhkəmə qərarı ilə həbs olunub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Kırıxan rayonunu

10 iyul
.

Lisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı

ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini

6 iyul
.

Dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb

Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar

9 iyul