Azərbaycanlı bəstəkarın xanımı: "Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik"- VİDEO

Azərbaycanlı bəstəkarın xanımı: "Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik"- VİDEOTürkiyəli müğənni Sibel Canın səsləndirdiyi "Tamam o zaman" mahnısı plagiat çıxıb. Bəstənin mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Moderator.az-a açıqlama verən Tahir Əkbərin xanımı Aybəniz Əkbərova mözvuya aydınlıq gətirib.

"Əgər 4 notdan artıq oxşarlıq varsa mahnının plagiat olması təsdiqlənir. Bu dünya üzrə də qəbul olunmuş qanundur. Musiqiçilər, bəstəkarlar deyir ki, bu mahnıda 6-8 arası eyni not var. Özü də sıralama ilə gedir. Mən özüm də dinləmişəm və qərara gəlmişəm ki, mahnı oğurlanıb. Peşəkar bəstəkarların mahnılarını dövlət qoruyur, eləcə də Tahir Əkbərin mahnılarını. Biz varisi olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət etməliyik. Əsər ekspertə gedəndən sonra plagiat olması təsdiqlənsə, əlbəttə ki, bəstəkarla əlaqə saxlamalıyıq. Əgər o da bu məsələni boynundan atsa, biz təzminat tələb edə bilərik. Deyilənə görə bəstəni türk yox, ərəb bəstələyib. Amma dəqiq bilmirik, araşdırılacaq. Sibel Can ifaçıdır, mən bildiyim qədərilə təzminatı bəstəkar ödəməlidir. Sibel Can da bilməlidir ki, oğurlanmış mahnı oxuyur. Mahnılar bir-birinə oxşaya bilər, amma notlar üst-üstə düşə bilməz. Biri var anonim, biri də var ki, oğurluq. Mahnının nəqarət hissəsinin notları oğurlanıb. Bir neçə dəfə də bu məsələ qaldırılıb. Tahir bu əsəri 1987-ci ildə bəstələyib. Sibel Can isə bu mahnını 2015-ci ildə ifa edib. Musiqişünaslar buna rəy verməlidir. Tahir deyirdi ki, "7 not var, amma hər bəstəkar bu notların içində öz notunu tapmalıdır". Bir insanın beyninin məhsulunu necə oğurlamaq olar?! Əlbəttə ki, olmaz! Bir əsəri, mahnını bəstələmək illərlə davam edən ağır və çətin bir prossesdir. Bu mahnını Azərbaycanda Teymur Əmrah, Mətanət İsgəndərli, Sevda Yəhyayeva və s. müğənnilər ifa edib. Son günlər bu mahnıya daha çox tələbat var" deyə bəstəkarın xanımı bildirib.

Aybəniz xanım bildirib ki, bu Tahir Əkbərin oğurlanan ilk mahnısı deyil.
"Türkiyənin məşhur müğənnisi Nəşə Karaböcək onun "Heç küsməyin yeridirmir?" mahnısını albomuna əlavə edib və orada mahnının müəllifi kimi Əsəd adlı bir şəxsi qeyd edib. Tahirin "Əzizim" mahnısını "Ruyalarda buluşuruz" mahnısı kimi təqdim ediblər. Onların məşhur kanon ifaçısı Halil Karaduman not ba not bütün mahnını oğurlamışdı. Tahir xəstələndi, bu məsələni başa çatdıra bilmədi. Hətta o vaxt Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət etmişdik. Səfirin xanımı musiqiçiyə zəng edib, məsələni araşdırmışdı. Demişdi ki, "müəllif qarşımda oturub, bu nə işdir görmüsüz?" deyə xanımı bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 993   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr