Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMABir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi də müdaxilə etmişdi.

Hadisədən sonra yeniyetmə qızın təhsil aldığı Binəqədi rayonunda yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdən xaric edilməsi və sığınacağa yerləşdirilməsi ilə bağlı müxtəlif iddialar ortaya çıxıb. Məlumata görə, qız hazırda təhsilindən yayınıb və məktəbə getmir.

Yeniyetmənin təhsilinin davam etdirilib-etdirilməməsi və onunla bağlı verilən qərarların hansı əsaslarla qəbul olunması isə cəmiyyətdə yeni suallar yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, sözügedən qız sığınacağa yerləşdirilməyib. Onun sözlərinə görə, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində sığınacaqda bir həftə qalıb.

Kəmalə Ağazadə qeyd edib ki, həmin müddətdə qızla profilaktik iş aparılıb, reabilitasiya proqramı tətbiq olunub, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə məktəbli ailəsinin yanındadır və təhsilini davam etdirir.

BAKU.WS xəbər verir ki, Binəqədi rayonunda yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov isə Bizim.media-ya açıqlamasında yeniyetmə qızın məktəbdən xaric edilməsi və hazırda da təhsildən yayınması ilə bağlı iddialara belə cavab verib:

"Həmin şagird məktəbdən xaric edilməyib, digər məsələlər isə valideyni və aidiyyəti uşaq inspektoru ilə müzakirə edilir".

Direktorun sözlərinə görə, yeniyetmə qız sosial şəbəkədə yayılan görüntüləri sadəcə "layk" xatirinə paylaşdığını və bunun bu qədər geniş müzakirələrə səbəb olacağını düşünmədiyini bildirib. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb.

Hazırda qızın məktəbə gəlmədiyini deyən direktor qeyd edib ki, sinif rəhbəri şagirdin valideyni ilə əlaqə saxlayıb. Valideyn tərəfindən məktəbə bildirilib ki, yeniyetmə sığınacağa yaxın ərazidə yerləşən başqa məktəbdə dinləyici qismində dərslərdə iştirak edəcək:

"Bildiyimə görə, Kəmalə xanım deyib ki, qız sığınacağa yerləşdirildiyi üçün hazırkı mərhələdə sistem bağlı olduğundan onun məktəbə gedib-gəlməsi çətin olacaq. Buna görə də sığınacağa yaxın məktəbdə dinləyici kimi dərslərdə iştirak edəcək. Sistem açıldıqdan sonra isə yerdəyişmə həyata keçiriləcək və şagird bizim məktəbdən başqa məktəbə köçürüləcək", - deyə direktor bildirib.

Əbülfət Əkbərov vurğulayıb ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur və sözügedən yeniyetmə də məktəbdən xaric edilməyib:

"Bizim ixtiyarımız yoxdur ki, şagirdi məktəbdən xaric edək və belə bir hal da baş verməyib. Qızın sığınacağa yerləşdirilməsi ilə bağlı biz heç kimə müraciət etməmişik. Bu, valideynin öz arzusu və istəyi ilə həyata keçirilib. Hətta bildiyim qədəri ilə valideyni də bildirib ki, tək qadındır, maddi imkanı yoxdur və qızını saxlamaqda çətinlik çəkir".

Direktor əlavə edib ki, şagird və valideyni istədiyi halda yeniyetmənin yenidən 217 nömrəli tam orta məktəbdə təhsil alması mümkündür:

"Şagird yerdəyişmə etmək istəməsə və yenidən bizim məktəbdə oxumaq istəsə, onun məktəbimizə qayıtmasına kömək edə bilərik. İndiyədək həmin şagirdin davranışı ilə bağlı müəllimlər tərəfindən hər hansı narazılıq bildirilməyib. Qiymətləri o qədər də yüksək olmasa da, intizamlı şagird olub. Onunla bağlı ilk dəfədir belə hal yaşanır", - deyə direktor bildirib.

Əbülfət Əkbərov hadisənin məktəbdən kənarda baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yeniyetmənin makiyajla məktəbə gəlməsi ilə bağlı isə məktəbin daxili qaydaları çərçivəsində tədbir görülüb.

"Əslində həmin addımın məktəbə aidiyyəti yoxdur, hadisə evdə baş verib. Lakin qız makiyajla məktəbə gəldikdə dərsə buraxılmayıb və girişdə ona makiyajını silməsi bildirilib. O da sanitar qovşaqda özünü səliqəyə saldıqdan sonra dərsə keçib. Dırnaqları da uzun idi. Lakin məktəbdə gigiyenik qaydalara əsasən dırnaqlarının kəsilməsi tələb olunmayıb, sadəcə valideyninə məlumat verilib ki, şagird məktəbə uzun dırnaqla gəlməsin. Valideyn də bunu nəzərə alıb", - deyə direktor əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 311   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr