"Bu gün keçmiş məcburi köçkünlərimiz Novruz bayramını doğma yurdlarında qeyd etmə həyəcanını yaşayır" - DEPUTAT

"Bu gün keçmiş məcburi köçkünlərimiz Novruz bayramını doğma yurdlarında qeyd etmə həyəcanını yaşayır" - DEPUTAT"Novruz bayramını siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Novruz bayramında insanlar kin-küdurəti unudur, küsülülər barışır və ziddiyyətlər aradan götürülür:

"Novruz dostluq və həmrəylik bayramıdır. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə və qarşılıqlı anlaşmaya dəvət edibdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Artıq 4 ildir ki, biz bütün bayramları, eləcə də Novruz bayramını qalib xalqın nümayəndələri kimi qeyd edirik".

Deputat vurğulayıb ki, beynəlxalq müstəvidə Novruz bayramının tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəhmətləri böyükdür:

"Mehriban xanımın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. əyəri. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub".

Deputat söyləyib ki, 4 il bundan öncə məcburi köçkünlərimiz hər bayram ərəfəsində deyirdilər ki, inşallah gələn il bayramı doğma yurdumuzda, Qarabağda qeyd edərik:

"Soydaşlarımızın bu arzusunu Ali Baş Komandan İlham Əliyevin rəhbəri ilə Müzəffər Azərbaycan Ordusu reallaşdırdı. 4 ildir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün bir çox keçmiş məcburi köçkünlərimiz Novruz bayramını doğma yurdlarında qeyd etmə həyəcanını yaşayır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1105   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr