Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMASon dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanların hüquqlarının qorunması baxımından əhəmiyyət daşıyır.

Bəs, onlayn kreditlərin rəsmiləşdirilməsi ilə bağlı yeni qaydalar vətəndaşların dələduzluq və onların adına icazəsiz kredit götürülməsi riskindən qorunmasına nə dərəcədə kömək edə bilər və kredit vəsaitinin verilməsindən əvvəl gözləmə müddətinin tətbiqi bu risklərin qarşısının alınmasında nə qədər effektiv ola bilər?
Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bu növ yanaşma onlayn kreditlərdə təhlükəsizliyin təmin olunmasına, kredit üçün banklara onlayn qaydada müraciət edən şəxslərin həm şəxsi məlumatlarının, həm də götürülən kreditin təhlükəsizliyinin qorunmasına xidmət edir.

"Bu, kiberdələduzların hücumlarından vətəndaşların müdafiə olunması, şəxsi məlumatların mühafizəsi xarakteri daşıyır. Əvvəllər, son aylar, hətta son illərdə şəxslər onlayn kredit götürərkən məlumatlarının oğurlandığı və ya əldə olunan kreditin digər karta köçürüldüyü barədə şikayətlər edirdilər. Hazırda bu yeni yanaşma mexanizmi ilə şəxslər onlayn kreditlərdən daha təhlükəsiz və etibarlı şəkildə istifadə edə biləcəklər. Bu istiqamətdə təhlükəsizlik tədbirlərinin görülməsi və risklərin minimum həddə endirilməsi onlayn kreditlərin daha rahat və daha az risklə rəsmiləşdirilməsini təmin edəcək. Bu da onlayn kreditlərə tələbin artmasına müəyyən dərəcədə müsbət təsir göstərəcək. Çünki vətəndaş heç bir əziyyət çəkmədən, heç bir yerə getmədən onlayn şəkildə, satış kanalları vasitəsilə banka müraciət edərək rahat şəkildə kredit əldə edə biləcək".

Ekspert bildirib ki, bəzi hallarda kiberdələduzluq cinayətləri şəxslərin öz səhlənkarlığı və diqqətsizliyi ucbatından baş verirdisə, yeni yanaşma ilə bu risklər də minimuma enəcək və şəxslər daha təhlükəsiz şəkildə kredit əldə edə biləcəklər:

"Gözləmə müddətinin olması da müsbət məqamdır. Kiberdələduzluq cinayətlərinin xarakterinə nəzər salsaq, burada şəxslərin tələsdirilərək tora salınması, "tez bunu et", "tez o düyməni bas", "tez məlumatı əldə et" kimi yönləndirmələrlə aldadılması halları ilə qarşılaşırıq. Nəticədə məlumatların əldə olunması və ya səhv əməliyyat nəticəsində, diqqətsizlik və tələskənlikdən pulun digər kartlara köçürülməsi və itirilməsi baş verə bilirdi. Yeni yanaşma və tədbirlər bu halları minimuma endirəcək. Şəxs daha ətraflı təhlil olunacaq, müraciət edən şəxsin özü olduğu təsbit ediləcək və onlayn kreditin daha təhlükəsiz kanallarla əldə olunması təmin ediləcək. Bu, ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına və onlayn kreditlərdən istifadənin sadələşdirilməsinə dəstək verəcək. Banklar baxımından isə nüfuz itkisinin qarşısının alınmasına, bankların təqdim etdiyi onlayn kredit məhsullarına tələbin artmasına və təhlükəsizlik qaydalarının daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 131   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO

Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb. Məlumat -ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib. Qeyd olunub ki, 200-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanl

28 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c

28 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr