"Xocalıda aşkar olunan insan qalıqları erməni vəhşiliyinin və vandalizminin sübutudur" - DEPUTAT

"Xocalıda aşkar olunan insan qalıqları erməni vəhşiliyinin və vandalizminin sübutudur" - DEPUTATXəbər verdiyimiz kimi Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb. Aşkar edilmiş meyitlər 25 ildən çox müddətə aiddir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Xocalıda aşkar olunan insan qalıqları erməni vəhşiliyinin və vandalizminin sübutudur:

"Tarix boyu ermənilər azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşüb, kütləvi qətl və qırğınlara məruz qalıb. Ermənilər 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında müxtəlif vəhşiliklər törədərək həmin ərazilərdəki infrastrukturu, sosial binaları, evləri tamamilə dağıdaraq yerlə yeksan ediblər. Eləcə də ermənilər tarixi, dini və mədəni abidələrimizi də tamamilə məhv ediblər. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı erməni işğalından azad etdi. İşğaldan dərhal sonra həmin ərazilərdə böyük yenidənqurma və bərpa işləri başlanıldı. Azərbaycan bu işləri öz daxili resurslaerı hesabına həyata keçirir".

Deputat qeyd edib ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini təsdiqləyir:

"Xocalıda, Kəlbəcərdə, Başlıbel kəndində, Xocavəndin Edilli kəndində, Fərrux yüksəkliyi yaxınlığında aşkarlanan kütləvi məzarlıqlar da erməni vəhşiliyini sübut edən dəhşətli faktlardır. Faşizm və işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları səbəbilə baş verən qırğınlar nəticəsində minlərlər soydaşımız qətlə yetirilib. Erməni qəddarlığının qurbanı olan soydaşlarımızın qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bütün şəhidlərimizin qanını yerdə qoymadı və qətlə yetirilmiş soydaşlarımızın intiqamını aldı. Erməni barbarları törətdikləri hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında da cavab verəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1014   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr