"Əminəm ki, cənab prezident İlham Əliyevlə bütün bayramlarımızı böyük zəfər hissi ilə qeyd edəcəyik" - Emil Əkbərov
"Bu il Novruz bayramı bizim üçün daha qiymətli və dəyərlidir".
Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, bu gün cənab prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb:
"Bu gün Azərbaycan xalqı tək Novruz bayramını deyil, həm də əldə etdiyi böyük zəfəri qeyd edir. 4 ildir ki, tək Novruzu deyil, bütün bayramları qalib xalqın nümayəndələri kimi qeyd edirik. 30 il ərzində xalqımızın tək arzusu vardı, o da gələn il bayramlarımızı Qarabağda və digər işğal olunmuş torpaqlarda qeyd etmək. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz xalqımızın bu arzusunu reallaşdırdı. Artıq bir zamanlar bizim üçün xəyal olan arzularımız artıq realdır. 33 ildən sonra ilk dəfə Xankəndi şəhərində Novruz tonqalını alovlandı. Öz ata-baba yurduna qayıdan Soydaşlarımız bayramı böyük coşqu və sevinc hissi ilə qeyd edirlər".
Emil Əkbərov vurğulayıb ki, Novruz bayramı həmrəylik bayramıdır:
"Bu gün bir çox keçmiş məcburi köçkünlərimiz 30 ildən sonra Novruz bayramını doğma yurdlarında qeyd edəcək. Bu il xalqımız Novruz bayramını daha böyük coşqu və həyəcanla qeyd edəcək. Bu gözəl bahar bayramı münasibəti ilə başda cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla xalqımızı təbrik edir, bol ruzi-bərəkət arzulayıram. Əminəm ki, cənab prezident İlham Əliyevlə bundan sonra da bayramlarımızı böyük zəfər hissi ilə qeyd edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 810 Tarix: 18 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabr