"ENERGAZER" MMC haqqındakı iddiaları təkzib etdi - Şirkət 682 minlik tenderlə bağlı açıqlama yaydı

"ENERGAZER" MMC haqqındakı iddiaları təkzib etdi - Şirkət 682 minlik tenderlə bağlı açıqlama yaydı12.02.2024-cü il tarixdə Qlobal.az saytında tərəfinizdən "Nazirliyin 682.000 manatlıq satınalmasını udan şirkət kimindir?" başlığı altında məqalə dərc edilmişdir. Həmin məqalədə ENERGAZER MMC-nin Energetika Nazirliyi tərəfindən elan edilən satınalma müsabiqəsində qalib gəlməsinin səbəbi həqiqətə uyğun olmayan, böhtan xarakteri daşıyan məlumatlarla əsaslandırılmışdır.

Məqalədə qeyd edilir ki, "Məcidli Mikayıl Süleyman oğlu şirkətdə qanuni təmsilçisi təyin edildikdən sonra təsis edildiyi 2 il müddətində dövlət büdcəsindən maliyyələşən heç bir qurumun satınalmasında qalib ola bilməyən "ENERGAZER" MMC 2 ay sonra Energetika Nazirliyinin 682 min manatlıq tenderində qalib elan edilib." Bildiririk ki, 2021-ci ildə dövlət qeydiyyatına alınmasına və gənc şirkət olmasına baxmayaraq, indiyədək bir çox dövlət və beynəlxalq layihələri müvəffəqiyyətlə həyata keçirmişdir. Bir çox böyük və əhəmiyyətli tədbirlərin enerji təchizatını həyata keçirən şirkətimiz peşəkar və dinamik gənc komandası ilə çoxsaylı uğurlara imza atmışdır. İcra etdiyimiz layihələrin müxtəlifliyi, çoxluğu, həmçinin komandamızın və tərəfdaşlarımızın peşəkarlığını rəhbər tutaraq ötən illərdə bir çox tender müsabiqəsində iştirak etmişik. İştirak etdiyimiz tender müsabiqələrindən qalib gəlmədiklərimiz belə, müvafiq sahədə təcrübəmizin artmasına və təkliflərimizin daha da təkmilləşdirilməsinə səbəb olmuşdur. Tender müsabiqələrində qalib gələn hər bir şirkət ilk olaraq hansısa tenderdə qalib gəliblər və əvvəllər satınalmalarda qalib ola bilməməyimiz sonrakı satınalmalarda qalib gəlməyimizə mane olan
faktor deyildir. Bununla yanaşı, müvafiq satınalma elan edilməzdən öncə də şirkətimiz tərəfindən bir çox dövlət layihələri uğurla icra edilmişdir. Energetika Nazirliyi tərəfindən elan edilmiş təkliflər sorğusu "qapalı zərf" prinsipi əsasında keçirilmiş, zərflərin açılış tarixinədək bütün qiymət təkliflərinin konfidensiallığı qorunmuş və zərflər açılış tarixində bütün iştirakçıların önündə açılmışdır. Energetika Nazirliyi dövlətimizin ali qanunlarını əsas götürərək, heç bir qərəz və ədalətsizlik olmadan, ən aşağı qiyməti təklif etmiş və işləri icra edəcək təcrübədə və səriştədə olan komandaya malik şirkəti – ENERGAZER MMCni qalib elan etmişdir.

Xəbərdə Süleyman Məcidlinin "ENERGAZER" MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilməmişdən 7 ay öncə - 2023-cü ilin yanvar ayında "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə - "Caspian Energy Türkiye"in sədri vəzifəsinə gətirildiyi qeyd edilmiş və "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevin Energetika Nazirliyi ilə sıx əməkdaşlıq etməsinin guya Energetika Nazirliyinin verdiyi qərara təsir etdiyi və ENERGAZER MMC-nin məhz bu cür ədalətsiz şəkildə tenderin qalibi olması iddia edilmişdir. Həmçinin məqalədə qeyd edilir ki, "İddialara görə, "ENERGAZER" MMC-nin Energetika Nazirliyinin 682 min manatlıq tenderində qalib seçilməsində "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevlə nazirliyin rəhbər şəxslərinin şəxsi münasibətlərinin olmasıdır." Dövlətimizin vətəndaşlarının, xəbər saytlarının rəhbərliyinin, redaktorların, müəlliflərin məsələlərə bu cür səthi yanaşması, hər deyilənə, hər "iddialara" inanması, dövlət orqanımız haqqında, həmçinin araşdırmadıqları özəl şirkətlər, şəxslər haqqında böhtan xarakterli məlumat yaymaları, KİV-lərdə dərc etmələri çox utancverici haldır. ENERGAZER MMC-nin direktorunun "Caspian Energy Club"-un Türkiyə nümayəndəliyinin sədri vəzifəsində çalışması, həmçinin Telman Əliyevin Nazirliklərlə görüşlər keçirməsi sadəcə Club-un tam qanuni fəaliyyət məqsədlərinə sahibkarların bir araya gətirilməsi, netvörkinq fəaliyyəti, sahibkarların dövlət orqanları ilə görüşdürülərək fikirlərinin və problemlərinin dinlənilməsi və müzakirəsinə xidmət edir. Burada
heç bir tapşırıqdan, ədalətsizlikdən və ya qeyri-şəffaf işlərdən söhbət gedə bilməz. Xəbərin sadəcə mətninə ötəri olaraq baxdıqda, məlum olur ki, müvafiq məqalə heç bir araşdırma etmədən, qərəzli şəkildə yazılmış olub, böhtandan başqa bir şey deyildir. Belə ki,mətnin bütün hissələrində ENERGAZER MMC-nin direktorunun və şirkətin qalib gəldiyi tenderinadı, satınalmanın başa çatdığı tarix belə yanlış qeyd edilmişdir. Şirkətimizin qalib gəldiyisatınalma "Elektrikenerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" deyil, "İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarındaenerji səmərəliliyinin artmasına dair diaqnostikanın aparılması və təkliflərin hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" Təkliflər Sorğusudur. ENERGAZER MMC-nin direktoru Məcidli Mikayıl Süleyman oğlu deyil, Məcidli Süleyman Mikayıl oğludur. Məqaləni hazırlayanlar, bütün həqiqətləri təhrif edərək, sadəcə qərəzli mövqedə duran, böhtan xarakterli məlumatlar yayan şəxslərdən eşitdikləri məlumatları saytda dərc etmişlər.

Bildirməyi zəruri hesab edirik ki, şirkətimiz – ENERGAZER MMC enerji səmərəliliyi, enerji təchizatı, enerji sahəsində konsultasiya fəaliyyəti göstərən, müvafiq sahədə yerli və beynəlxalq layihələr icra edən, peşəkar və qabaqcıl beynəlxalq təhsilə və təcrübəyə malik əməkdaş və tərəfdaşlara malik olan yerli enerji şirkətidir. Şirkətimiz Energetika Nazirliyi tərəfindən elan edilmiş "İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin
artmasına dair diaqnostikanın aparılması və təkliflərin hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" Təkliflər Sorğusunda heç bir kənar müdaxilə olmadan, öz daxili siyasətinə uyğun qaydada və ədaləti qorumaq şərtilə qiymət təklifi hazırlamış, tələb olunan sənədlərlə birlikdə satınalan təşkilata təqdim
etmiş və tam şəffaf keçirilən müsabiqənin nəticəsində təkliflər sorğusunun qalibi elan edilmişdir. ENERGAZER MMC-nin peşəkar komandası hazırda müvafiq layihənin icrasını böyük ruh yüksəkliyi ilə davam etdirir. 12.02.2024-cü il tarixdə saytda dərc edilən məqalədə qeyd edilmiş yanlış və böhtan xarakterli məlumatlar şirkətimizin işgüzar nüfuzunu, qanuni təmsilçimiz Süleyman Məcidlinin şərəf və ləyaqətini ləkələyir, üçüncü şəxsləri düzgün və obyektiv məlumat almaq hüquqlarından məhrum etməklə onlarda mənfi fikir formalaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr