Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar

Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılarRusiyalı müğənni Katya Lel yadplanetlilərin dünyanı növbəti dəfə nüvə müharibəsindən xilas etdiyini bildirib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, teleproqramlardan birində başına gələn qeyri-adi hadisə barədə danışan 47 yaşlı müğənni qeyd edib ki, bəşəriyyət daha ali varlıqların əlində oyuncaqdır və sınaq müddəti keçir.

"Kainat qanunlarına görə, onların insanların daxili işlərinə qarışmaq hüququ yoxdur, yox, amma bəşəriyyət indi olduğu kimi özünü məhv etmək ərəfəsində olanda yadplanetlilər məsələyə qarışır və planetin tamamilə məhv olmasının qarşısını alırlar. Onlar insanlığı bir dəfədən çox nüvə müharibəsindən xilas ediblər", - ifaçı qeyd edib.

Daha əvvəl Katya Lel rusiyalı balerina Anastasiya Voloçkovanı yadpalnetlilərdən aldığı xüsusi güc sayəsində sağaltdığını bildirmişdi.

Müğənni illər əvvəl dişlərini yadplanetlilərin oğurlaması hadisəsindən danışıb. Onun sözlərinə görə, yadplanetlilərlə görüş onun 16 yaşında olarkən baş verib .

"Ailəmizlə mətbəxdə qəhvə içərkən pəncərəmizin önündə yaşıl işıq göründü. Bizim üçün sanki zaman donmuşdu, özümüzə gələndə yalnız işığı gördüyümüz anı xatırlayırdıq. "Bacım mənə dedi: "Ağzını aç, dişlərin yoxdur". Dişlərim bir anda ağrısız, qansız yox olmuşdu. Biz hər şeyi gördük, yaddaşımız silinmədi", - müğənni bildirib.

Ulduz əlavə edib ki, bir müddət sonra özünü yadplanetli kosmik gəmidə görüb və orada onların söhbətlərini eşidib.

Qeyd edək ki, Lel dəfələrlə yadplanetlilərlə təması barədə danışsa da, maqazin xəbərçiləri bunu diqqət çəkmək üçün açılmış söhbət hesab edirlər.
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1408   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal

28 sentyabr
.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c

28 sentyabr