Avtobus sürücüləri nəqliyyatı idarə etməkdən başqa hər işlə məşğuldur! Hansı tədbirlər GÖRÜLMƏLİDİR?- AÇIQLAMA

Avtobus sürücüləri nəqliyyatı idarə etməkdən başqa hər işlə məşğuldur! Hansı tədbirlər GÖRÜLMƏLİDİR?- AÇIQLAMAArtıq neçə vaxtdır ki, avtbus sürücüləri arasında xoşagəlməz hallara rast gəlinir. Buna bir sıra halları nümunə göstərmək olar. Belə ki, 49 nömrəli avtobusun sürücüsü sükan arxasında "TikTok"da videolara baxıb. 211 nömrəli marşrut avtobusunun sürücüsü sükan arxasında tum çırtlayaraq, seriala baxıb. 60 nömrəli avtobun sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb. Bəs ictimai nəqliyyat vasitələrində baş verən bu hadisələrin səbəbi nə ilə bağlıdır? Sürücülərin psixoloji vəziyyətinin yoxlanılması ilə bağlı hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlamasında bildirib ki, Avtobusda bu cür neqativ hallar əfsuslar olsun ki, hələ də baş verməkdədir. Bu yaxınlarda gördük ki, avtobus sürücüsü sükan arxasında kinoya baxır. Digər tərəfdən telefon ilə danışır, siqaret çəkir və kofe içir. Yolda maşını idarə etməkdən başqa hər şey ilə məşğul olur:

"Bütün bunlar təhlükədir. İctimai nəqliyyata olan inamı azaldan faktorlardır. Bu gün biz ictimai nəqliyyatın inkişafından, insanları ictimai nəqliyyata həvəsləndirməkdən danışırıq. Baxın görün bəzi intizamsız sürücülər nələr edir. Onların bir hərəkəti, gördüyümüz nə qədər işin üzərindən xətt çəkir. O baxımdan düşünürəm ki, həmin hallara yol verməmək üçün geniş sürücü kontingenti yaranır. Bu gün o sürücülər niyə rahatdır? Çünki Azərbaycanda avtobus sürücüsü çatışmır. Ümumiyyətlə çatışmazlığa görə, şirkət onu işdən qova bilməz yaxud başqa şirkətdə həmin sürücüyə qucaq açacaqlar. Maaş azdır və rəsmi müqavilə ilə işə düzələn avtobus sürücüləri 800-1000 manat arası maaş alırlar. Bu da onlara sərf eləmir. Ona görə narazıdırlar və məcbur işləyirlər. Onların çoxu işdən sonra axşamları taksi sürücüsü kimi fəaliyyət göstərirlər. Yəni yanaşmalar çox dəyişkəndir. Bir sıra addımlar atılmalıdır".

Ekspertin sözlərinə görə, sürücülərin təminatı yaxşılaşmalı və üzərlərində ciddi nəzarət olmalıdır. Ona görə yüzlərlə avtobus sürücüsü Azərbaycandan didərgin düşdü. Nə vaxtkı Azərbaycanda onlayn ödəniş sistemi baş verdi, o dövrdən sürücülər xaricə axın etməyə başladılar:

"Onların əksəriyyəti Polşaya üz tuturlar. Polşada təqribən 3 min-4 min avro maaş alırlar. Bunun nəticəsidir ki, həmin sürücülər çox rahatdır və problem yaşamırlar. İş tapmaq onlar üçün çətin deyil. Bu baxımdan geniş sürücüsü heyəti formalaşsa, onların vahid bazası yaradılsa mövcud halların qarşısı alına bilər. Bununla bağlı müzakirələr gedir və olacaq. Sürücü artıq biləcək ki, bir şirkətdən nöqsan ilə qovulursa, bazada onun haqqında məlumat yerləşdiriləcək. Bu zaman onu başqa şirkətlər işə götürə bilməyəcək. Həmin sürücü artıq məsuliyyəti başa düşəcək. Hələlik nəzarət olmadığına görə, belə xaos yaranıb. Bu baxımdan düşünürəm ki, onların gələcəkdə kontingent olaraq formalaşması zamanı psixoloji və digər vəziyyətləri yoxlanılmalıdır".

Xatırladaq ki, 60 nömrəli avtobus sürücüsünün nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışması ilə bağlı şirkət tərəfindən bir sıra addımlar atılıb. Həmin işçinin kimliyi müəyyən edilərək agentliyə dəvət edilib və onun barəsində inzibati cəza tədbiri görülüb. Həmin sürücü sərnişinə qarşı çox sərt şəkildə hörmətsizlik və tərbiyəsizlik edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1301   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdaban faciəsindən 34 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal

8 aprel
.

Xəzərdə yenidən zəlzələ oldu

Xəzər dənizində yenidən zəlzələ baş verib. xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə olub

8 aprel
.

"Təmtəraq insanın dəyərini müəyyən etmir" - AÇIQLAMA

"Yasların və toyların təmtəraqlı keçirilməsi zaman-zaman gündəmdə olub. Bu məsələ ilə bağlı iki fərqli baxış mövcuddur". Bunu -a Sosioloq Mail Yaqub danışıb. O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə müəyyən balans yaradılmalıdır:. "Birinci yanaşmaya görə, azad bazar şəraitində insanla

7 aprel
.

Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO

Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni

8 aprel
.

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tib

7 aprel
.

Zaur Əliyev nazir müavini təyin olundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırlada

7 aprel
.

Sabah güclü külək əsəcək

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz

7 aprel
.

Smartfon batareyasının ömrünü qorumağın əsas sirri: 100%-dən qorxmaq lazım deyil

Smartfon istifadəçilərinin çoxu hesab edir ki, cihazı tam 100%-ə qədər şarj etmək batareyanın ömrünə ziyan vurur. Lakin ekspertlərin açıqlamalarına görə, bu geniş yayılmış mifdir. Əsl problem batareyanın şarj olunduğu şərait və istifadə qaydalarındadır. Qaynarinfo-nun "How-To Geek" portalın

8 aprel
.

Bakıda iki nəfər dəm qazından zəhərlərək öldü

Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c

8 aprel