Saxta əlillik dərəcəsi ilə bağlı qalmaqal davam edir - Könül Sultanovanın işi yenidən Ali Məhkəmədə

Saxta əlillik dərəcəsi ilə bağlı qalmaqal davam edir - Könül Sultanovanın işi yenidən Ali MəhkəmədəBakı Apellyasiya Məhkəməsinin barəsində bəraətverici əsaslarla hökm çıxardığı həkim Könül Sultanovanın cinayət işi yenidən Ali Məhkəmədədir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kassasiya şikayətini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.

Könül Sultanova Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) maddəsi ilə ittiham edilib.

İttihama görə, TƏBİB-in 15 saylı şəhər poliklinikasında Həkim Məsləhət Komissiyasının üzvü Könül Sultanova öz fəaliyyət göstərdiyi komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdıraraq təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil edib.

Cinayət işini məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Məhkəmə Könül Sultanovanı təqsirli bilərək 3 min manat cərimə edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Könül Sultanova Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə hökmdə qanun pozuntuları aşkar edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə Könül Sultanova barəsində bəraətverici əsaslarla hökm çıxarıb.

Görünür, məhkəməni bu mövqeyi iş üzrə zərərçəkmiş qismində tanınan TƏBİB-i qane etməyib. Bu baxımdan, Ali Məhkəməyə kassasiya şikayəti verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 892   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə

28 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr