Peru Prezidentinin evində "Rolex işi" ilə bağlı axtarış aparılıb
Peru Prezidenti Dina Boluartenin evində və dövlət başçısının iqamətgahında bəyan edilməmiş dəbdəbəli "Rolex" saat kolleksiyası işi ilə bağlı axtarış aparılıb.
"Report" RPP-yə istinadən xəbər verir ki, bu barədə Baş nazir Qustavo Adrianzen açıqlayıb.
Bildirilib ki, Peru prokurorluğunun və xüsusi mürəkkəb işlərin araşdırılması şöbəsinin (Diviac) polis əməkdaşları baş hakimin orderi ilə yerli vaxtla saat 4:29-da (Bakı vaxtı ilə 13:29) prezidentin iqamətgahına gəliblər.
Nəşrin məlumatına görə, qapı prokurorluq nümayəndələrinin üzünə açılmadığından polislər qapını yarmalı olublar. Boluarte olmasa da, vəkilləri orada idi.
Prokuror Halvi Kolçado jurnalistlərə bildirib ki, iqamətgahda axtarış konfidensial şəkildə aparılacaq.
"Daha sonra prokurorluq müsadirə olunanlarla bağlı məlumat verəcək", – o vurğulayıb.
Xatırladaq ki, daha öncə Peru Baş Prokurorluğunun Prezident Boluartenin qanunsuz varlanması, eləcə də onun bəyan edilməmiş bahalı saatlara sahib olması ilə bağlı Ali Məhkəməyə sorğu göndərdiyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 508 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQobustanda Ayı "oğurladılar" - Foto
Aleksey Lyokinin Qobustanda çəkdiyi dolunay fotosu maraqla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, o, fotonu paylaşaraq ona "Ayın oğurlanması" adını verib. Həmin fotonu təqdim edirik:
17 fevralVillası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş (FOTO)
Dünən Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın qeydə alınıb. Unikal-a istinadən xəbər verir ki, araşdırmalar zamanı alovlanan villanın sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətində olduğu müəyyənləşib. Bildirilib ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəs
16 fevralRamazan ayı başlayır - Təqvim açıqlandı
Ramazan ayının təqvimi açıqlanıb. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Belə ki, Ramazan ayının ilk günü fevralın 19-na, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də qeyd olunacaq
17 fevralMəmmədbağır Bağırzadənin nəticəsi oldu
Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi Yusifin övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Körpənin cinsiyyəti isə açıqlanmayıb. Qeyd edək ki, sənətçinin oğlu Rahim övladına ötən ilin aprelində toy etmişdi
17 fevralƏli Əhmədovun oğluna yeni vəzifə verildi
Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub. "Unikal"a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib. 44 yaşlı yeni baş həkim 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasınd
16 fevralNazirin müşaviri vəzifəsindən azad edildi
Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Oleq Əmirbəyov bir neçə gün əvvəl Akademik Rus Dram Teatrına direktor vəzifəsinə təyin edildiyi üçün vəzifəsindən azad edilib
17 fevralİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi. Prezident Aleksandar Vuçiçin bəyanatı. - Hörmətl
15 fevral