Ünvanlı sosial yardım alanların sayı niyə AZALIB? - VİDEO
2023-cü ildə ünvanlı sosial yardım alanların sayı əvvəlki illər ilə müqayisədə 18 min 500 nəfər azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il 64 min ailə bu yardımdan faydalanıb. Yardım üçün müraciət edənlər isə şərtlərin ağır olduğunu bildiriblər. Zaqatala sakinlərinin sözlərinə, müraciətlərə imtinalar adətən vətəndaşın adına avtomobil, həmçinin pay torpağı və təsərrüfatın olmasına görə gəlir.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, ünvanlı sosial yardıma müraciət edənlərin sayının azalmasında səbəb müraciət formasında tələb olunan məhdudiyyətlərdir:
" Mövcud qaydalara əsasən əgər ailənin adında avtomobil varsa, həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ yoxdur. Halbuki elə ailələr var ki, avtomobilləri kifayət qədər köhnədir. Hətta ötən əsrin 80-ci illərində istehsal olunmuş avtomobili olan ailələr belə ünvanlı sosial yardıma müraciət edə bilmirlər. Bizim təklifimiz ondan ibarətdir ki, avtomobil ilə bağlı şərtə baxılması və yüngülləşdirilməsinə ehtiyac var. Şərtlərdə ailə başçısının işləməsi vacib məqamlardan biridir. Amma nəzərə alsaq ki, bu gün əksər ailələrdə çalışanların sayı 2 deyil 1-dir. Müəyyən kateqoriyaya aid şəxslərin ünvanlı sosial yardımdan faydalanmaları vacibdir".
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu