İmtahandan az bal toplayan gənc evdən qaçdı - YENİLƏNİB
Abşeronda evdən qaçan oğlan tapılıb.
Ailəsindən Lent.az-a verilən məlumata görə, Hilal Mustafayev evə qayıdıb.
Hazırda onun durumu normal qiymətləndirilir.
***
saat 00:30
Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova "Facebook" səhifəsində məlumat paylaşıb.
Bildirilib ki, 21 Avqust 2007-ci il təvəllüdlü Mustafayev Hilal Hidayət oğlu 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
"Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib", - deyə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2946 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabr