"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər"
alassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.
Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir.
"Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get özünə başqa vəkil tut", - hakim müttəhim Seyidovaya deyib.
Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərdən birinin yaxını arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxsin yaxını zərərçəkmişə şikayət etdiyi üçün qarğış edib.
"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər", - deyə talassemiyalı uşağın atası cavab verib.
Məhkəmə prosesi aprelin 17-si davam edəcək.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.("Qafqazinfo")
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu