Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA
"Bayram namazında iştirak etmək istəyənlər səhər saat 8 radələrində məsciddə olurlar".
Bu sözləri Oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:
"Bəziləri soruşur ki, bayram namazının vaxtı nə vaxta elan olunub. Bununla bağlı hələ heç nə elan olunmayıb. Lakin adət üzrə hər il eyni vaxtlarda olur. Namazın hansı vaxta qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00, 09:30 radələrində qılına bilər. Hələ ki, fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir".
F.Nurullayev qeyd edib ki, məscidin imamları öz camaatına uyğun olaraq vaxtı təyin edə bilərlər:
"Yarım saat tez və ya gec fərqi yoxdur. Ciddi axtarışa ehtiyac yoxdur. Hələ ki, bizdə bununla bağlı məscidlərə qeyri-adi, yeni tapşırıqlar verilməyib. Ya həftəsonu, ya da bazar ertəsi günü deyiləcək. Məscidlərdən asılıdır. Camaata uyğun təyin edirlər. Konkret nə isə deyə bilmərəm".
Qeyd edək ki, Ramazan ayı mart ayının 11-də başlayıb. Aprelin 10-11-də Ramazan bayramı qeyd olunacaq. Bayram namazı aprelin 10-da qılınacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1236 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabr