İcra hakimiyyəti sabiq nazirin şirkətindən avtomobil alır - 95.000 manata
Mingəçevir şəhər İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "minik avtomobilinin satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 95.000 manat təşkil edib.
Satınalmada "İmprotex Motors MMM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400064731) qalib elan edilib.
Keçirilən satınalmada müqavilə üzrə İcra Hakimiyyətinin hansı alacağıə avtomobilin markası, buraxılış ili və modeli qeyd edilməyib.
Qeyd edək ki, "İmprotex Motors MMM" MMC 1997-ci ildən fəaliyyət göstərir.
Şirkət 1998-ci ildən BMW-nin, 2006-cı ildən YAMAHA-nın, 2014-cü ildən MINI və ROLS-Royce-nin rəsmi idxalçısıdır.
Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
O, 2018-ci ildən bu vəzifədə çalışır./Qlobal.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1327 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabr