Ünvanlı sosial yardımın məbləği artırılsın, limit LƏĞV EDİLSİN! - TƏKLİF
Xəbər verdiyimiz kimi, ünvanlı sosial yardıma müraciət edən ailələrin sayında azalma müşahidə olunur. Qaydaların çətinliyi və ünvanlı sosial yardıma qoyulan tələblər vətəndaşın bu müavinəti almasına mane olur. Bu baxımdan Azərbaycan ünvanlı sosial yardımın məbləğinin artırılması və tələblərdən qoyulan limitlər ləğv edilə bilər?
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlamasında deyib ki, prinsip etibarilə ünvanlı sosial yardımın artırılması mümkündür və burada bir sıra məqamlara baxmaq lazımdır:
"Prinsip etibarilə mümkündür. Məbləğ artırılsa da, limitlərin ləğvinə inanmıram ki, hər hansı bir addım atılsın. Əgər məbləğin özünü artırsalar, sabahları o tələblərə cavab verənlərin sayı artacaq. Bu zaman say artsa, büdcəyə ağır yük düşə bilər. Tələblərə cavab veriləcəyi təqdirdə, məbləğ daha çox ola bilər. Mən ona görə düşünürəm ki, məbləğin artırılması yaxşı olar. Amma ki, ünvanlı sosial yardımda tətbiq edilən məhdudiyyətlər və limitlər çox formaldır. Əslində insanlarım bu müavinətə ehtiyacı var. Birdə görürsüz ki, ailənin ehtiyacı var, amma kiçik bir limitə bu yardımdan faydalana bilmir. Düşünürəm ki, proqrama yenidən baxılmalı və sözügedən limitlərdə bir sıra dəyişikliklər edilməlidir".
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ünvanlı sosial yardım proqramında bir sıra tələblər yumşalmalıdır:
"Ünvanlı sosial yardımın sayının azalmasının bir neçə fərqli səbəbləri var. Əvvəla 2023-cü ildə ünvanlı sosial yardım alan vətəndaşlarımızın proqramının başa çatması ümumi saya təsir göstərir. Çünki nəticə etibarilə, bu istiqamətdə azalmalar müşahidə edirik. Eyni zamanda şərtlərin yüngülləşdirilməsi önəmlidir. Praktik olaraq şərtlər ünvanlı sosial yardıma müraciət edənlərin sayına təsir göstərir. Sərəncamında avtomobil olan vətəndaşlarımız bu yardımdan yararlana bilmir. Bir sıra qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Vətəndaşlarımızın bu yardımdan yararlanması olduqca vacibdir. Eyni zamanda ailədə hər iki şəxsin işləməsi və buna uyğun olaraq müraciət məsələlərinə baxılması önəmlidir. Əksər ailələrdə bəzən ailə başçısı işləyir. Bu ailələrə ünvanlı sosial yardım verilməlidir. Uşaqların yaşı ilə bağlı məsələlərin yumşaldılmasına ehtiyac var. Bütövlükdə proqram inkişafı baxımından yenidən baxılmalıdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu