Keçmişin maraqlı icadı - Uşaq arabalarını kim yaratdı?
Bu günləri valideynlərin xilaskarı olan uşaq arabasını sizcə kim icad edib?
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, uşaq arabası 1733-cü ildə ingilis memarı Uilyam Kent tərəfindən icad edilib. İlk uşaq arabaları 3-cü hersoq Devoşirin uşaqları üçün hazırlanıb. Hazırlanma prinsipində at arabaları nümunə olaraq götürülüb.
Başlanğıc olaraq orjinal dizayn ilə körpələr təkərli arabanın üstündə qabıq formalı səbətdə oturdulub. Həmin dövrdə sözügedən arabalar daha balaca idi. Uşaqlar üçün hazırlanan bu arabalar atlar vasitəsilə sürülürdü. Müxtəlif dizaynlar ilə hazırlanmış bu arabalar 19-20-ci əsrlərdə xeyli inkişaf etdirilib.
Oyuncaq istehsalçısı Benjamin Potter Crandall 1830-cu illərdə Amerikada istehsal olunan ilk uşaq arabalarını bazara çıxardı. Oğlu Jesse Armor Crandall əyləc, qatlanan model və uşağa kölgə salmaq üçün günəş çətirləri də daxil olmaqla bir çox detallar üçün patent aldı və bir neçə uşaq arabalarını özü satdı. Digər tərəfdən Afrika mənşəli amerikalı ixtiraçı Uilyam Henri Riçardson 1889-cu ildə ABŞ-də uşaq arabası ilə bağlı yeni bir dəyişikliyə imza atdı. Beşiyin içəri və çölə baxa bilməsi üçün fərqli bir üsuldan istifadə etdi. Arabanın rahat firlana bilməsi üçün rahat imkanlar yaratdı.Beləliklə, dayə yaxud valideyn uşağı istədiyi kimi özünə tərəf çevirə bilərdi. Daha sonra uşaq arabaları 1800-cü illərdə yuxarı təbəqədən olan ailələr tərəfindən istifadə edildiyi halda, 1900-cü illərdə onların istifadəsi bütün siniflər arasında geniş yayılmağa başladı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu