"Brüsseldə keçiriləcək görüşdə müzakirə olunacaq məsələlər Cənubi Qafqaz regionunda ciddi təhdidlər yarada bilər" - DEPUTAT
"Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, qarşıda gözlənilən ABŞ, Ermənistan və Avropa İttifaqı rəsmilərinin görüşü barədə məlumat verib. Həmçinin bu görüşün Azərbaycana qarşı olmadığı, bundan başqa görüşün siyasi, hərbi deyil də, iqtisadi xarakter daşıdığı qeyd olunub".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.
Deputat qeyd edib ki, burada əsas məqam ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsidir:
"Bu birbaşa olaraq cənab İlham Əliyevin siyasi çəkisi, nüfuzunu göstərən amildir. Çünki Cənubi Qafqazın lider ölkəsi məhz Azərbaycandır və dövlətimiz olmadan regionda hər hansı siyasi məsələnin həyata keçirilməsi mümkünsüzdür. Blinken Prezident İlham Əliyevlə danışıq zamanı bir daha əmin edib ki, görüşdə yalnız Ermənistana iqtisadi dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaqdır. Bu, ABŞ-nin Azərbaycanla olan münasibətlərinə xüsusi önəm verdiyinin təzahürüdür.
Azərbaycan Prezidenti də son zamanlar Ermənistan tərəfindən göstərilən təhdidlər, Azərbaycana qarşı qarayaxmalar haqqında Blinkenə məlumat verib və bildirib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq".
Deputat söyləyib ki, aprel ayının 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşdə müzakirə olunacaq məsələlər yaxın zamanda Cənubi Qafqaz regionunda ciddi təhdidlər yarada bilər. Beləki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdığı indiki mərhələdə Ermənistanı silahlandırmaq, İrəvana cəsarət vermək davamlı sülhün təmin olunmasına ciddi zərbə vurur. Aydın məsələdir ki, bu konfrans Ermənistanı sülhə təşviq etmək yox, regionda seperatist, bölücü meyilləri daha da gücləndirmək və dırnaqarası təsir dairələri yaratmaq məqsədi güdür. Aydındır ki, Ermənistanda revanşist əhval-ruhiyyədə olan qüvvələr bu konfransdan ürəklənərək, ölkəmizə qarşı yeni təxribatlara can ata bilər. Belə olan halda Aİ və ABŞ Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən hər hansı bir təxribatın məsuliyyətini bölüşəcək.
Tamam Cəfərova həmçinin, vurğulayıb ki, sözügedən konfrans haqqında ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin "Brüssel görüşü Ermənistanın iqtisadi müstəqilliyinin artırılmasına yönəlib" bəyanatı ABŞ-nin məkrli niyətlərini pərdələmək üçün uğursuz cəhdlərindən biridir:
"Aydındır ki, burada məqsəd Rusiyanın Cənubi Qafqazdakı tarixdən gələn təsir imkanlarını və gücünü zəiflədərək, çoxdankı arzularını reallaşdırmaq və Ermənsitanı Rusiyanın orbitindən tamamilə çıxarmaqdır. Azərbaycan bütün bu məsələlərin mərkəzində dayanır və həlledici rol oynayır. Yəni, ABŞ kimi dövlətlər və Aİ kimi təsisatlar Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır. Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün unikal imkanların yarandığı bir vaxtda beynəlxalq aktorları regionda seperatist meyilləri gücləndirəcək destruktiv addımlar atmaqdan çəkinməyə çağırırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu