Rüşvət verib saxta sənəd düzəldən şəxsləri hansı CƏZA GÖZLƏYİR?

Rüşvət verib saxta sənəd düzəldən şəxsləri hansı CƏZA GÖZLƏYİR?Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və ya Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən şəxs və ya dəstələr saxlanılır. Bəs saxta sənədlər hazırlayan şəxslərə hansı cəza gözləyir.

Mövzu ilə bağlı vəkil Emil Aslanov Sonxeber.az-a açıqlama verib:

Vəkil məsələyə aydınlıq gətirib:

"Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya dolayı yolla, digər şəxsən maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi zamanı aşağıdakı cəza tətbiq olunur. Həmin şəxs 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə cəzalandırılır.

Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə halında sanksiya daha ağır olur. Bu zaman həmin şəxsə 8 min manatdan 12min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Onu qeyd edək ki, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində bu addıma əl atdıqda və rüsvət vermə barəsində könüllü şəkildə dövlət orqanlarına cinayət məsuliyyətindən azad edilir".

Vəkil Elvin Əliyev Sonxeber.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
Rüşvət verib saxta sənəd düzəldən şəxsləri hansı CƏZA GÖZLƏYİR?Rüşvət vermə dedikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312- ci maddəsinə əsasən rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi -
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—
səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin maddənin tələbinə əsasən rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə dedikdə yəni
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
320.2. həmin məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət törətmiş şəxsin əməlində bu iki maddənin hər ikisinin tərkibi varsa və təqsiri sübuta yetərsə o zaman məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusuna görə cəza təyin edir.
Belə ki, həmin məcəllənin 66- cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3377   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağı

7 aprel
.

Oğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasını

7 aprel
.

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - Şikayət

Uzun illərdir tikinti şirkətləri ilə vətəndaşlar arasında bağlanan müqavilələrin icra olunmaması ilə bağlı narazılıqlar davam edir. İnsanlar halal evlərini ala bilmir və məhkəmə çəkişmələrində qalırlar. Ən acınacaqlı hal budur ki, məhkəmələr vətəndaşların xeyrinə qərar versələr belə, onların icrası mümkü

7 aprel
.

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill

8 aprel
.

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tib

7 aprel
.

Xalq artistindən iddia: "Səfər zamanı qonorarlarımızı vermədilər"

Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. Axşam.az-ın məlumatına görə, opera ifaçısı teatr kollektivinin Omana səfəri zamanı yaşananlarla bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, səfər zamanı aktyorlara qonora

7 aprel
.

Yerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ

Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib. xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər. Araşdırma nəy

6 aprel
.

124 yaşlı bina hər an uça bilər (VİDEO)

Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd

8 aprel
.

Sel və daşqınlara görə ölkədə yoluxucu xəstəlik yayılır? (RƏSMİ)

Hazırda ölkədə sel və daşqınların təsirinə məruz qalmış bölgələrdə yoluxucu xəstəliklərin artımı müşahidə edilmir. bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən -in sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, respublikada infeksion xəstəliklər üzrə epidemioloj

8 aprel