Azərbaycanda bu valideynlər uşağa görə hər ay 395 manat ala bilər - VİDEO
Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.
Belə ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.
Hələlik isə 10 uşaq himayədar ailəyə verilib.
Bəs himayədar ailə üçün tələblər nədir?
Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:
"Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir".
Qeyd edək ki, himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.
"0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, yaşı daha çox olan uşaqlara isə 395 manat müavinətin verilməsi nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395-430 manat müavinətin verilməsi nəzərdə tutulub", - deyə departament müdiri qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu