Boşanan zaman hansı halda ana aliment ödəyir? - AÇIQLAMA
Təəssüf ki, son dövrlər ölkədə boşananların sayında artım müşahidə olunur. Bir çoxları qadınların boşanma səbəbi kimi aliment alma istəyi ilə əlaqələndirir. Amma Azərbaycan qanunvericiliyində alimentin ata, yaxud ana tərəfindən ödənilməsi ilə bağlı məhdudiyyət yoxdur. Uşaqların qayğısına qalmaq və onların ehtiyacını ödəmək hər iki valideynin borcudur. Qanunda hər iki valideynin aliment öhdəliyi var. Yəni boşanan zaman uşaq hansı valideynlə qalarsa, digər valideyn uşağın xeyrinə aliment ödəməlidir. Hansı halda ana aliment ödəməli olur?
Bununla bağlı Sonxeber.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, ölkəmizdə mövcud olan məhkəmə təcrübəsinə əsasən, bir qayda olaraq azyaşlı uşaqlar ananın himayəsinə verilir və atadan aliment tutulur:
"Bəs uşaq hansı hallarda anadan alına bilər ?
Bu yalnız o halda baş verir ki, ananı valideynlik hüquqlarından məhrum etmək üçün əsaslar mövcud olur.
Ailə Məcəlləsinə əsasən, valideynlər və ya onlardan biri valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
1) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2) alimenti qəsdən ödəmədikdə;
3) heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
4) valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5) uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
6) xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7) uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
8) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə
Əgər uşaqlar anaya yox ataya verilərsə, ata anadan uşaqların saxlanılması üçün aliment tələb edə bilər. Bu addım qanunidir, ancaq mental dəyərlərimizə uyğun olmadığı üçün yaxşı qarşılanmır.
Adətən uşaqlar himayəsinə verilmiş olan kişinin alimentdən imtinası hakimlər tərəfindən çox müsbət qarşılanır.
Bundan başqa Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu