Atası atıb, babası müalicəsi üçün mal-qarasını satıb: Elnurun dəstəyə ehtiyacı var - FOTO
İki yaşlı Elnur böyrək çatışmazlığından əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Ofeliya Nəcəfzadə məlumat verib.
O bildirib ki, övladı anadan olandan sonra bu xəstəlikdən əziyyət çəkdiyini öyrəniblər.
"Elnurun iki yaşı var, anadan olandan sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə çətin günlərimiz başladı. Xəstəliyi olan körpə uşağa baxmaq, inanın, çox çətindir. Müayinələr üçün əlimizdə olan mal-qaranı satıb Türkiyəyə yollandıq. Oradakı həkimlərin dediyi müalicələri edirik. Sonuncu dəfə üç ay əvvəl müayinə üçün gedə bilmişik".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Elnur mənim yeganə övladımdır. Atası da oğlum altı aylıq olarkən atıb getdi. Məni anam, atam himayə edir. Uşaq həm xəstə, həm balacadır deyə işləyə də bilmirəm. Özümüz də Daşkəsəndə yaşayırıq. Hazırda Elnurun müalicəsi üçün 400 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 594-85-10
Kapital Bank: 4169 7388 3635 8113.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1124 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabr