Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü
Bakıda daha bir məhkum həbsxanada ölüb.
Lent.az-ın xəbərinə görə, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində saxlanılan Hüseynov Rəsul Əlövsət oğlu dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, həbsdə ölən Rəsul Hüseynovun ilginc həyat hekayəsi olub.
Lent.az bununla bağlı maraqlı faktlar əldə edib.
Belə ki, Rəsul Hüseynov əmisi arvadı ilə gizli eşq yaşayıbmış.
Bakının Pirallahı rayonunda yaşayan Rəsul Hüseynov 2018-ci il iyulun 17-də sevgilisi Mariya Qəhrəmanovanı qısqanclıq zəminində öldürüb. 35 yaşlı Rəsul Hüseynov məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı Mariya Qəhrəmanova ilə yaxın münasibətləri olub və bu yaxınlıq 10 il gizli şəkildə davam edib.
Qaynı oğlu ilə gizli eşq yaşayan Mariya Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsulun qısqanclıq hissi oyanıb. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib. Rəsul bununla Mariyanın görüşə gedəcəyini əngəlləyəcəyini zənn edib. Mariya israr etdikdə isə əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1115 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd
8 aprelNoku Maldives - ada istirahətinə yeni baxış
"Noku Maldives", "Vignette Collection" fərdi yanaşma və yaddaqalan səyahət təcrübələri yaratmaq məqsədi ilə birləşən unikal otellərdən ibarət sürətlə böyüyən portfelin bir hissəsidir. Nunu atolunun kristal kimi təmiz sularının ortasında yerləşən Noku Maldives özəl çimərlik və suüst
7 aprelMətləb Mütəllimli vəfat etdi
Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill
8 aprelHava ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Bu barədə -a FHN-dən məlumat verilib. Bildirilib ki
8 aprelBiləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprelOğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular
Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasını
7 aprelXəzər dənizində zəlzələ oldu - Bu rayonlar sirkələndi
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, və Neftçala rayonlarında 4-3 ba
8 aprel