Balasanyan siyasi proseslərə qarışarsa Nikol Paşinyan onu Azərbaycana təhvil verəcək? - AÇIQLAMA
Keçmiş qondarma rejimin "təhlükəsizlik şurasının katibi" olmuş Vitali Balasanyan Ermənistanda bəzi qohumları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Hüquq-mühafizə orqanları onun Ermənistanda siyasi proseslərə qarışıb-qarışmayacağı ilə maraqlanıblar. Əgər Vitali Balasanyan siyasi proseslərə qarışarsa Nikol Paşinyan onu Azərbaycana təhvil verə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayevin sözlərinə görə, Vitali Balasanyanın Azərbaycana təhvil verilməsi real deyil:
"Ermənistan siyasi rəhbərliyi bu addımı atmayacaq. Prinsip etibarilə bu şəxsin Azərbaycan nəzdində bir çəkisi yaxud əhəmiyyəti olduğunu düşünmürəm. Vitali Balasanyan potensial olaraq bir Ruben Vardanyan yaxud Arayik Arutyunyan deyil. Ondan daha mühüm şəxslər var. Bütün hallarda Ermənistan prezidenti yaxud baş naziri fərqi yoxdur, hakimiyyətdə Paşinyan yerinə başqası olsaydı belə Balasanyan ilə bağlı bu addımı atmayacaqdı. Çünki bu addım hakimiyyətdə olan şəxsin prestijinə zərbə vurur. Düşünün bir ölkənin başçısı öz vətəndaşını başqa bir ölkəyə təhvil verir. Bu tam olaraq real deyil. Bunu heç bir halda nə iqtidar nə də müxalifət qəbul etməz. Ermənistanda buna görə ciddi bir probem yarana bilər. Nəinki bu formada, ümumiyyətlə Vitali Balasanyanın bu və ya başqa bir şəkildə Azərbaycana təhvil veriləcəyini düşünmürəm. Bizə lazım olan şəxslər onsuzda həbsdədir və onların dindirilmə prosesi gedir. Onlara dair foto və süjetlər onsuzda gedib. Lazım olsaydı Balasanyanı bənzər formada Bakıya gətirə bilərdik və onu dost-düşmənə nümayiş etdirərdik".
Qeyd edək ki, Balasanyan dindirildikdən sonra baş nazir Nikol Paşinyanla əlaqə saxlayıb və bildirib ki, İrəvanda müxalifətin planlaşdırdığı hakimiyyət dəyişikliyi prosesində iştirak etmək, siyasi proseslərə qarışmaq niyyətində deyil. Balasanyan Paşinyandan onu rahat buraxmağı xahiş edib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu