Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?

Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?Azərbaycanda ziyarətə getmək istəyənlərə qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı Təvəkkül adlı şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində Məşhəd, Kərbəla, həcc və ümrə ziyarətlərinə getmək istəyən ümumilikdə 67 nəfəri aldadıb.

Zərərçəkənlərdən 50-si qadın, 17-si kişidir. Təqsirləndirilən şəxs onların hər birindən ziyarət ediləcək yerə görə 1000 və 5000 manat aralığında pul alıb.

Beləcə, Təvəkkül onların ümumilikdə 158 min 318 manatını ələ keçirib.

Dələduzluq əməlləri 2023-cü il yanvarın 10-dan həmin il oktyabrın 22-dək davam edib.

Məlumata görə, Təvəkkül özü də aldatdığı şəxslərlə birgə əvvəllər bir neçə dəfə ziyarətlərdə olub. Beləcə aldatdığı adamların inamını qazanıb və Hacı Təvəkkül kimi tanınıb.

Hacı Təvəkkül Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Hacı Təvəkkül əvvəllər də dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1504   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lerikdə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub

27 sentyabr
.

Laçında traktor minaya düşdü

İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

26 sentyabr
.

Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEO

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan doqquz nəfər (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub

28 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr
.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr
.

Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçü

27 sentyabr
.

Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı

İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on

21 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr