Ermənistan Brüssel görüşü ilə geri dönüşü olmayan tunelə salınıb - RƏY

Ermənistan Brüssel görüşü ilə geri dönüşü olmayan tunelə salınıb - RƏYBrüsseldə aprelin 5-də keçirilən ABŞ-Aİ-Ermənistan formatlı görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, Qərbdəki bəzi güclər Cənubi Qafqazı da müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər: "Bu qanlı planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə edilir".

V.İskəndərovun sözlərinə görə, bu gün ABŞ və Aİ-nin timsalında Qərbin müharibə komandası Ermənistanı silahlandırılması, ona maliyyə yardımlarının edilməsi üçün hərəkətə keçiblər: "Bu plana hansısa "missiya" adı altında ABŞ əsgərlərinin Ermənistan yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət edir".

Deputat bildirib ki, Azərbaycan bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub: "Məhz bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək izah verdilər. Bununla belə Azərbaycan o mövqeyində qaldı ki, bu görüş Cənubi Qafqazda yenidən gərginlik yaratmağa xidmət edir".

V.İskəndərov vurğulayıb ki, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib.

"Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Məsələn, Brüsseldə Ermənistanın "iqtisadi inkişafı" müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Deməli, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır. Xüsusilə də görüşdən sonra Ermənistan tərəfinin cəbhədə hərbi təxribatlar törətməsi bu məqama işıq salır və Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir", - o söyləyib.

Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır: "Azərbaycanın gücü, hərbi qüdrəti bəllidir. Digər tərəfdən Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdır. Mən bədxah qonşularımıza tarixi "Sevr" müqaviləsini xatırlatmaq, daha doğrusu Brüssel razılaşmasını o müqavilə ilə müqayisə etmək istəyirəm. Xatırladım ki, o zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi, amma həm məğlub oldu, həm də vəd olunanları almadı. Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Dediyim kimi, Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Və bu dəfə də aqibəti acınacaqlı olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1182   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr
.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT

Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda

29 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Murad Adıgözəlzadə baba oldu

Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il

28 sentyabr