Azərbaycan Qazaxdakı qanunsuz hərbi birləşmələrinə qarşı antiterror əməliyyatları KEÇİRƏ BİLƏR? - AÇIQLAMA

Azərbaycan Qazaxdakı qanunsuz hərbi birləşmələrinə qarşı antiterror əməliyyatları KEÇİRƏ BİLƏR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Paşinyanın səfərindən sonra kəndlərin təhvil verilməsi ilə bağlı səsləndirdiyi fikirlər sakinlər tərəfindən narazılıq ilə qarşılanıb. Belə ki, onlar kəndlərin təhvil verilməsi ilə razılaşmır və tədbirlərin görülməsi bağlı çağırışlar edirlər. Hətta son zamanlar Xocalı qatili Seyran Ohanyan işğal atındakı Azərbaycan torpaqlarına gəlmiş və əhalini müharibəyə təhrik etmək üçün bəyanatlar irəli sürmüşdür. Hazırda isə Azərbaycana təhvil verilməli olan kəndlərə qanunsuz hərbi birləşmələr yığılır və onların silahlandırılması dava etdirilir. Bu baxımdan lokal atəşkəsin davam şəkildə pozulması və lokal xarakterli toqquşmaların baş verəcəyi təqdirdə Azərbaycan Qazaxdakı qanunsuz birləşmələrə qarşı antiterror əməliyyatları həyata keçirə bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli bildirib ki, son günlər Ermənistan və Azərbaycan arasında ayırmaların baş verməsi hər gün olur. Ermənistan tərəfi artıq bunun adını təlim qoyaraq sərhəd istiqamətinə qoşunlar cəmləşdirir:

"Silahlar, artilleriya qurğuları mütəmadi olaraq yerləşdirilir. Azərbaycan tərəfi buna cavab olaraq adekvat tədbirləri görür. Qazax istiqamətində qanunsuz hərbi birləşmələr təxribat törədəcəyi halda Azərbaycan hazırlıq içərisindədir. Mən hesab edirəm ki, indiki məqamda Azərbaycan tərəfi son dərəcə səbirli olmalıdır. Qazaxdan qanunsuz birləşmələrin təxribatı baş verəcəyi təqdirdə adekvat cavab verməlidir. Erməni mövqeləri Azərbaycan Ordusunu hansı bölgədən vurursa, həmin mövqelər sıradan çıxarılmalıdır. Amma erməni tərəfi bir tərəfdən Azərbaycan mövqelərini atəşə tutursa və Azərbaycan adekvat cavab ilə birlikdə Ermənistan ərazisinə daxil olarsa, həmin mövqeləri götürərsə bu artıq oyuna gəlmişlik olar. Ermənistan tərəfi Azərbaycanı bu oyuna gətirməyə çalışır. Bu halda Azərbaycanı nədəsə ittiham etməyə çalışacaqlar. Hesab edirəm ki, bu bir oyundur. Son baş verən atışmalara çox ciddi səbir lazımdır. Azerbaycan öz mövqeyi ilə davam etməli və bütün addımlarını adekvat olaraq davam etdirməlidir. Adekvat olmayan addım mövqelərin götürülməsinə gəlib çıxacaqsa bu məsələ Azərbaycanı" günahkar" olaraq göstərəcək. Azərbaycan ilə bağlı nə qədər istədikləri və həyata keçirə bilmədikləri planlar varsa, onları edə biləcəklər. Bu planlar isə əsasən sanksiyalar ilə bağlıdır. Ona görə də, bütün cavab addımları ən azından indiki məqamda adekvat olmalıdır".

Xatırladaq ki, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan aprelin 6-da digər deputatlarla birlikdə kəndlərin tərkibində olduğu Tavuş bölgəsinə səfər etdiyini və sakinlərin hakimiyyətin bu qərarına qarşı birləşdiyini qeyd edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2619   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr
.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT

Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda

29 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Murad Adıgözəlzadə baba oldu

Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il

28 sentyabr