İcra başçısından şəhid qızına HÖRMƏTSİZLİK: "Sənin yuxarıda adamın olsa, obyektin sökülməzdi"
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şəhid ailəsinin obyektini söküb.
Bu barədə şəhid qızı Süvarova Vüsalə tərəfindən Sonxeber.az-a şikayət daxil olub.
Şəhid qızı bildirib ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz öhdəliklərini yerinə yetirmir:
Atam 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Onun nəşi tapılmadı. Biz yaşadığımız binanın qarşısında prezidentin şəhid ailələrinə verdiyi təqaüdlə keçmişdə atama verilən torpaq sahəsində gözəllik salonu tikdirmişdik. Vasif İmanov Pirallahıya Pirallahı Rayon İcra başçısı təyin edildi. Vasif İmanov bizim obyektimizi sökdü. Yanında yerləşən digər obyektlər qaldı. Bizə bildirdi ki,bu ərazidə uşaq meydançası salınacaq. Nədənsə şəhid ailəsinjn obyekti onun gözünə girdi. Vasıf İmanov bizə bildirdi ki, buranı sökürük, amma sizəi yaxşı yerdə obyektlə təmin edəcəyik. Biz də razılaşdıq. Dedik ki, yəqin qanun belədir. Sonradan məlun oldu ki, icra başçısı heç kimə obyekt verməyəcək. Biz onun qəbuluna getdik. İcra başçısı Vasif İmanov bizə bildirdi ki, mən sizə elə bir söz deməmişəm.
2013 cü ildə bizim obyektimiz söküldü. Bu 11 ilin içində biz onun qəbuluna dəfələrlə getdik. O bizə bildirdi ki, sübut edin ki, sizin o ərazidə obyektiniz olub. Pirallahıda bir çox obyektlər və evlər sənədsizdir. Allahın işidir təsadüfən köhnə kompüterimi təmir etdirərkən obyektimizin şəkillərini tapdım. 2012-ci ildə qar yağdığı zaman şəkillər çəkmişdim. Həmin fotolarda bizim obyektimiz də görsənirdi. Bu fotolar ilə bir daha Vasif İmanovun qəbuluna getdik. İcra başçısı bu dəfə də bu şəkillərin fotoshop olduğunu dedi. Video təqdim etdim. İcra başçısı bizə " Get hara şikayət edirsən, elə sənin yuxarıda adamın yoxdu. Sənin yuxarıda adamın olsa idi, obyektin sökülməzdi" dedi. Mən isə ona bildirdim ki, bizim ilk növbədə Allahımız və prezidentimiz var.
Prezident səni bura təyin etməyib ki, xalqı əzəsən. Təyin edib ki, xalqa xidmət edəsən. Vasif İmanov dedi ki, get hara şikayət edirsən elə. Mən prezident administrasiyasi və Mehriban xanım Əliyevaya şikayət etdim. Vasif İmanov mənim şikayət etdiyimi biləndən sonra, bir gecədə həmin ərazidə obyekt tikdi. Gecə ilə bütün ustaları töküb işlətməyə başlatdı. Bu özü də cinayətdir. Bu obyektin kimin üçün tikildiyini soruşanda bizə deyildi ki, obyekti sən demə icra başçısı özü üçün tikir. Məndə video görüntülər də var. Polis səhəri gün gəlib onları qovdu. Amma yenə öz işlərinə davam etdilər. Ustaların başının üstündə Vasif İmanovun müavini dayanırdı. MTK keçmiş rəisi də orada idi.
Şəhid qızı olaraq sizdən xahiş edirəm şikayətimizi işıqlandırasınız. Bu özbaşnalığlı prezidentimiz cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da görsün".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR