"Qərb maliyyə ayırmaqla Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır" - DEPUTAT
"5 apreldə Brüsseldə keçirilən görüşdə Ermənistana Avropa ittifaqı 270 milyon dollar, ABŞ isə 65 milyon dollar vəsait verəcəyini açıqladı. Qərb bu məbləği Ermənistan dövlətinin apardığı antirusiya potensialının dəyəri kimi qiymətləndirib".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat vurğulayıb ki, ABŞ və Aİ Ermənistana maliyyə verməklə Paşinyanın hakimiyyətini möhlkəmləndirməyə çalışır. Paşinyan əvvəl də qərbdən aldığı maliyyələri xərcləyərək hakimiyyətə gətirmişdir. İndi qərb yenə maliyyə ayırmaqla Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Amma bu mümkün deyil. Hətta Ermənistanda ekspertlərin açıqlamalarında Rusiyanın Ermənistana verdiyi qazın qiymətini artıracağı təqdirdə, buna 350 milyon dolların kifayət etməyəcəyini bildirirlər. Bu baxımdan bu gün qərbin Paşinyana verəcəyi maliyyə dəstək özlərinin çirkin planlarını reallaşdırlması üçün veriləcək məbləğ kimi də başa düşmək olar.
Deputat vurğulayıb ki, ABŞ və Aİ Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" verməsi, silahlandırması, maliyyə yardımı ayırması və s. Ermənistanın danışıqlarda manipuyasiya etməsinə imkan verəcək:
"Məhz ona görə də Paşinyan gündə bir fikir bildirir, konkret bir addım ata bilmir və ölkəmizlə sülh danışıqların aparılmasını uzatmağa çalışır. Ölkələrimiz arası münasibətlərin normallaşması prosesinin uzanması Paşinyana Qərbdən yeni yardımların dilənməsi üçün imkan yaradır. Bu baxımdan Qərb Ermənistana dəstək verdikcə Cənubi Qafqazda sülh olmayacaqdır.
Son günllər şərti sərhədimizdə baş verən atəşkəsin pozulması halları da Paşinyan hakimiyyətinin Qərbdən aldığı vədlərdən ilhamlanmasının göstəricisidir. Brüssel danışıqlarında Aİ və ABŞ Paşinyanın qarşısında çox dəqiq bir plan qoymuşdur. Bu plan Rusiya hərbi bazasının çıxarılması və qərbin silahlılarını gətirilməsinə xidmət etməlidir. Bu gün Paşinyanın apardığı siyasət ancaq bu istiqamətədir. Təbii ki, bu, qərbin Ermənistanı geri dönümü olmayan bir tunelə itələməsi kimi qeyd edə bilərik. O tunelə ki, sonu görünmür və irəlilədikcə qaranlıq və zülmətdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 806 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrƏmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda
29 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrDYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq
"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"
29 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabrBakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara
28 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrMurad Adıgözəlzadə baba oldu
Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il
28 sentyabr