Həbs edilmiş şəxs hansı hallarda ev dustaqlığına buraxıla bilər? - AÇIQLAMA

Həbs edilmiş şəxs hansı hallarda ev dustaqlığına buraxıla bilər? - AÇIQLAMAEv dustaqlığı şəxsin öz evində qalmasını tələb edən məhkəmə nəzarəti tədbiridir. Bu tədbir şəxsin qaçmasının, gizlədilməsinin, dəlillərin məhv edilməsinin və ya dəyişdirilməsinin, şahidlərə, zərərçəkmişlərə və ya başqalarına təzyiq göstərmək cəhdinin qarşısını almaq üçün tətbiq edilir. Bəs barəsində qətimkan tədbiri seçilmiş şəxs hansı hallarda ev dustaqlığına buraxıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, Ümumiyyətlə nəzərə almaq lazımdır ki, qətimkan tədbirinin seçilməsi üçün əsaslar olur. Burada cinayət məsələsini həyata keçirən orqandan gizlənmək, yenidən cinayət törətmək və cəmiyyət üçün təhlükə yaratmaq kimi məsələlər var:

"Əhəmiyyətli materialları gizlətmək, saxtalaşdırmaq və ibtidai istintaqın gedişində mane olmaq və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək, cinayət prosesini həyata keçirən orqanın çağırışına üzrlü səbəb olmadan gəlməmək və digər əsaslar olduqda şəxs barəsində qətimkan tədbiri seçilir. Bu qətimkan tədbiri bir sıra nümunələr daxildir. Həbs, girov, ev dustaqlığı, polisin nəzarəti altına vermə və s. Qətimkan tədbirləri var. Həbs qətimkan tədbiri seçilərsə əgər, şəxsin həbsdə saxlanılmasının və cəmiyyətdən təcrid olunmadığı qərarına gəlsə bunu ev dustaqlığı ilə əvəz etməkdə haqlıdır. Əgər şəxsin barəsində iki ildən artıq azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətdə ittiham olunarsa, bu halda ev dustaqlığı nəzərdə tutula bilər. Bir məsələni nəzərə almaq lazımdır ki, cinayət məsuliyyətini həyata keçirən orqandan gizlətmək, cinayət məsuliyyətində iştirak edən şəxslərə qarşı qanunsuz təsir göstərməklə materialları gizlətmək və cəmiyyət üçün təhlükə törətmək ilə bağlı xüsusi aktlar olduqda həbs yaxud ev dustaqlığı şəxsin barəsində seçilə bilər. Belə olan halda şəxsin daimi qeydiyyatının olması məhkəmə tərəfindən yoxlanılır. Əgər cinayət prosesini həyata keçirən orqan çağırışını üzrlü səbəblər olmadan gəlməmək ehtimalı yoxdursa, digər yollar ilə cinayət məsuliyyətindən boyun qaçırmaq kimi məsələlər yoxdursa şəxsin barəsində ev dustaqlığına buraxılması yaxud həbsinin ev dustaqlığı ilə əvəz edilməsi baş verə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1877   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c

28 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən

İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA

28 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr