"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdı

"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdıŞair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:

"Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimiz əladır, bizi apar balıq tutmağa. Süleyman heç getmək istəmirdi. Anası yolladı. Hardan biləydi, deyib bacısı tək qalmasın. Mən də dedim ki, get, niyə getmək istəmirsən? Çünki getmək deyəndə hamıdan qabaq hoppanardı. Söylədi ki, ay nənə, mən həmişə getmək istəyirəm, nəsə bu dəfə istəmir ürəyim. Gəlinə də dedim ki, dəymə, istəmir. Handan-hana dedi ki, yaxşı, gedirəm. Gecə gediblər, orada qalıblar, bir az balıq tutublar. Onlar səhəri gün axşam gəlməli idilər. Süleyman deyib ki, durun gedək. Atası cavab verib ki, bu qədər yol gəlmişik, günorta da tutaq, axşam gedərik. Söyləyib ki, yox, gedək, istəmirəm. Yolda təkərləri partlayıb. Çəkib yolun kənarına, qıraqlara da işarələr qoyub. Boltlardan biri açılıb, o biri yox. Özü də qolu qüvvətli oğlandır. Necə burubsa da, açar qırılıb əlində. Yolda gözləyirmiş ki, sürücülərdən açar alsın. Qız deyib ki, yatıram, maşının içində imiş. Süleyman düşüb gəlib atasının yanına. Oğlum ona əsəbiləşib ki, get bacının yanına. Cavab verib ki, demirsən kişiyəm, mən də sənin yanında durub kömək edəcəyəm. Ondan sonra maşının biri gəlib sürüb aparıb bunları. Qız da maşının içində qalıb. Cığatelin özünü də balaca bir yerdən çıxarıblar. Oğlum orada deyib ki, qızım maşının içindədir. Oğlum özü də orada ölüb-dirilib. O dünyada atası da gəlib qarşısına".

C.İsaqızı vurğulayıb ki, oğlu Ayaz övladının öldüyünü xəstəxanda bilib:

"Süleymandan həmişə qorxurdum, qeyr-adi uşaq idi. Neçə fəlakətdən çıxmışdı. Bir dəfə qolu parçalanmışdı, bir dəfə qızılca çıxartmışdı. O dünya ilə danışırdı. Deyirdi, mən də babam kimi yatağa düşəcəyəm. Balaca uşaq idi, deyirdi ki, deyəsən axır günlərimdir. Bunları danışanda 5 yaşı var idi. 10 yaşına az qalmışdı ki, bu hadisə baş verdi.

Hadisədən sonra heç oğluma yaxın getmirdim, Süleyman axtarırdım. Deyirdilər oğlunun vəziyyəti yaxşı deyil. Hansı ana olsa, oğlunun yanına qaçar. Mən getmədim, dedim, mənə Süleymanı verin. Bilmirdim hələ ki, belə olub. Bacımın oğlu gəlib məni silkələdi ki, Süleyman reanimasiyadadır, sən demə bilirmişlər, oğlunun isə vəziyyəti yaxşı deyil, gəl, bir Ayaza bax. Çox çətin dərdir, Allah heç kimə göstərməsin.

Ölüm var ölüm kimi, ölüm var zülm kim. Bəlkə də biz yaşamazdıq, nə gəlinim, nə də mən. Bizi ayaqda tutan Ayazın ağır vəziyyətdə olmağı idi. Nəvəmi yola salandan sonra qaçdıq xəstəxanaya. Dedilər qan itirir, vəziyyəti pisdir. Biz hələ o şokdan ayılmamışıq. Mənim göz yaşım, ruhum donub, nə şeir yaza bilirəm, nə ağlaya bilirəm.

Oğlum xəstəxanadan yarımçıq çıxdı. O da orada eşitmişdi. Elə biliblər ki, narkozdan ayılmayıb, deyiblər Ayazın oğlu ölüb. Həkimə sual verib ki, əməliyyat olsam, nə qədər müddətə qalxaram? Həkim də cavab verib ki, mil qoyacağıq, ayağa qalxacaqsan. O da deyib ki, əməliyyat etsinlər, sabah gəlsin evə dəfndə iştirak etsin. Ayılanda gec olub. Bacım oğlundan soruşub Süleyman haradadır? O da deyib ki, reanimasiyadadır. Deyib ki, demirəm hardadır, mənim balamı harada dəfn etdilər? 1 ay yatmalı idi, amma bir neçə gündən sonra çıxıb gəldi".

Qeyd edək ki, sözügedən hadisə ötən il Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1250   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr