Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Əvvəlki yazılarımızda ittihamın mahiyyəti ilə bağlı məlumat yaymışdıq.
Bu gün prokuror cinayət əməli haqda istintaq materiallarında yazılanları tək-tək açıqlayıb.
Qısa olaraq xatırladaq ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun işçisi olub. Rəhimov özü də istintaq dövründə ifadə verib. Mehdiyevin cinayət əməlinin üstü arvadının şikayətindən sonra açılıb. İstintaq orqanı dövlətə dəymiş ziyanın ödənilməsinin sürətlənməsi məqsədi ilə müttəhimin həbsini tələb etməyib.
Məhkəməyə sədrlik edən Leyla Əsgərova-Məmmədova deyib ki, müttəhimə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilsə, 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
İttihamın elanından sonra Mehdiyev özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Prokuror təqsirləndirilən şəxsin dindirilməsi ilə prosesin davam etməsini təklif edib. Müdafiə tərəfi isə bununla razılaşmayıb. Mehdiyevin vəkili əvvəlcə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsinin dindirilməsini istəyib:
"Bizə maraqlı olan bəzi məsələlər var. İyiriminci şəxsi (Çingiz Mehdiyevi nəzərdə tutur-red) gətirib qoyublar birinci şəxsin yerinə… zərərçəkmiş tərəf gəlib izah etsin, sonra müvəkkilim ifadə versin".
Məhkəmə prokurorun təklifini qəbul edib.
Mayın 6-a təyin edilmiş proses təqsirləndirilən şəxsin sərbəst ifadəsi ilə davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 952 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrBu ərazidə su olmayacaq - Xəbərdarlıq
Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabr