Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO
Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb.
Sənədə əsasən, qadın və uşaqlara qarşı bir çox cinayətlər sərtləşdiriləcək. Bu qərar keçmiş nazir Kuandıq Bişimbayevin arvadı Saltanat Nukenovanı döyərək öldürməsi işi ilə bağlı ölkədə yaranan geniş ictimai etirazlar fonunda qəbul edilib.
İndi sağlamlığa qəsdən ağır zərər vurmağa görə cinayətkar səkkiz ilədək, orta ağır zərər verilməsinə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əvvəllər hər iki maddəyə əsasən, şəxsin yalnız azadlığı məhdudlaşdırıla bilərdi.
İşgəncə verilməsi üç ilədək müddətə, uşaqlara təcavüz edilməsi və öldürülməsi - ömürlük həbslə cəzalandırılacaq. İntihar həddinə çatdırma maddəsi üzrə beş ildən doqquz ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Qeyd edək ki, arvadı Saltanat Nukenovanı saatlarla işgəncə verərək və qəddar şəkildə döyən, bununla da onun ölümünə səbəb olan, son dərəcə amansızlıqla qətl törətməkdə ittiham olunan ölkənin keçmiş naziri Kuandıq Bişimbayevi 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir./Oxu.az






Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1576 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrAİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına
27 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabr