Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO
Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur.
Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisənin baş verdiyi tarixdə növbədə olan həkim və tibb bacısı tərəfindən göstərilən xidmətlə bağlı araşdırma aparılıb:
"Məsələ Tibbi Şurada müzakirə ediləcək, fəaliyyətində nöqsan aşkar edilən tibb personalı barəsində müvafiq intizam tənbehi tədbirləri görüləcək. Əlavə olaraq, şöbə əməkdaşları ilə söhbət aparılıb və müvafiq göstərişlər verilib. Müəssisə rəhbərliyinə nəzarətin gücləndirilməsi tapşırılıb".
Məlumatda qeyd olunub ki, qollarının kəsildiyi iddia olunan Gülüstan Nadir qızı Dadaşova 10.04.24-cü il tarixində beyin qan dövranının kəskin pozulması, kəskin işemik insult diaqnozu ilə Xəzər Tibb Mərkəzinə qəbul edilib:
"Aprelin 11-də xəstə göndəriş əsasında özəl tibb müəssisəsində MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsindən keçirilib. Növbəti gün səhər saatlarında tibb bacısı tərəfindən xəstənin qollarında kəsiklər aşkar edilib, aseptik sarğı qoyulub.
Pasiyent aprelin 14-də yaxınlarının təkidi ilə öz iltizamnaməsi əsasında kafi vəziyyətdə evə buraxılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1073 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrBu ərazidə su olmayacaq - Xəbərdarlıq
Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabr