"2300 maaşım idi, ayda 15 min manat paket alırdım" - Sabiq nazir

"2300 maaşım idi, ayda 15 min manat paket alırdım" - Sabiq nazirNaxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov vəzifədə çalışdığı 2016-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar.

Dövlət Gömrük Komitəsində, eyni zamanda Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsində çalışmış Rafael Əliyev 2016-2020-ci illər ərzində digər şəxslərlə əlbir olaraq nağd qaydada dövlət büdcə vəsaitlərini mənimsəyib.

2020-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək maliyyə naziri kimi fəaliyyət göstərən R.Əliyev digərləri ilə əlbir olaraq şişirdilmiş qiymətlərlə hesablara köçürülən pul vəsaitlərini nağdlaşdırma yolu ilə talayıb.

Həmçinin, nazirlikdə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, əmək haqqlarına əlavələr edilərək külli miqdarda büdcə vəsaitləri də israf edilib.

Məhkəmədə çıxış edən təqsirləndirilən Mənsur Əsgərov bildirib ki, o, 2001-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb:

"Ümumi qayda belə olub, o vaxtdan belə görmüşəm. Pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. Proseslərdə pullar vəzifəli şəxslər - idarə rəisləri tərəfindən yığılıb maliyyə şöbəsinə verilirdi, proqramla eyniləşdirmə aparıldıqdan sonra pulları komitə sədrinə verirdik".

M.Əsgərov qeyd edib ki, 2020-ci ildə komitə sədri Səhhət Həbibbəyli onu qəbul edib:

"Yeni təyinat aldıqdan sonra komitə sədri məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Ona qədər çalışdığım yerlərdə 400-500 manat paket alırdım. Komitəyə getdikdən sonra, yəni tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3000 manat paket aldım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pullar dollar və manatla yığılırdı. Daha sonra manatla olan pulları dollara dəyişirdik. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".

Mənsur Əsgərov etdiyi bu hərəkətdən peşman olduğunu bildirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rəfael Əliyev qeyd edib ki, o, gömrük xidmətinə 2009-cu ildə qəbul olunub. 2011-ci ildən isə maliyyə şöbəsinin rəisi olub:

"Ödənişlər iki istiqamətdə - sərnişin və yük üzrə aparılıb. Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. 2016-cı ilədək yığılan pullar idarə rəisləri tərəfindən birbaşa komitə sədri Asəf Məmmədovun özünə verilirdi. 2017-ci ilin mart-aprel aylarından isə A.Məmmədov tapşırıq verdi ki, vəsaitlər mənə yox, maliyyə şöbəsinin rəisinə verilsin. Verilən manat və dollarları mən də eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədrinə verirdim. Sonradan komitə sədri idarə rəislərini yenidən yanına çağırırdı. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqramın yaradilması təşəbbüsü Səhhət Həbibbəyliyə məxsusdur".

Rafael Əliyev bildirib ki, o, gömrük komitəsindən çalışdığı vaxt hər ay 1500 AZN paket alıb.

R.Əliyev qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlarda şişirdilmiş qiymətləri görüb və o, həmin qurumdan məbləğin 10 faizini alıb. Keçmiş maliyyə naziri bildirib ki, bəzi işçilər ondan öncəki dövrdə işə qəbul olunub və dövlət qulluqçusu olmadan onlara ödənilən vəsaitlər əvvələr də olub.

Dövlət ittihamçısının "Maliyyə naziri kimi nə qədər paket alırdız?" sualına Rafael Əliyev cavabı belə olub: "2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım".

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1313   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil - AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəb mühitində ümumi qaydaların formalaşmasına təsir göstərə bilər. Eyni geyimdən istifadə şagirdlərin ailələrinin maddi imkanlarından asılı olaraq geyim üzərindən yaranan fərqlərin azalmasına, məktəb

28 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr