Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama
Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
"Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb.
Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yol kənarında saxlamağa nail olub. Hadisə zamanı xəsarət alan olmasa da, vəziyyət vətəndaşları ciddi narahat edib.
Videoya şərh verən izləyicilər bu və digər təhlükəli halların bölgə avtobuslarında tez-tez qeydə alındığını bildiriblər. Onlar bunu avtobuslardan bəzilərinin istismar müddətinin başa çatması ilə əlaqələndiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AAYDA) sorğu göndərdik. Qurumun mətbuat xidmətindən saytımıza cavab olaraq bildirildi ki, görüntülər müntəzəm sərnişin daşıma marşrutuna aid deyil: "Mövzu ilə bağlı araşdırma apardıq. Avtovağzaldan fəaliyyət göstərən avtobuslar reysqabağı texniki müayinəyə cəlb olunur. Görüntüdəki avtobuslar bizə aid deyil. Ona görə ki, bu avtobus hər hansı vağzaldan çıxış etməyib. Həmin nəqliyyat vasitəsi və sürücü avtovağzaldan kənar faəliyyət göstərir. Bizdə nəzarət vağzaldan-vağzala olur. Belə hallar çox olur. Sürücülər kənardan sifariş götürürlər. Bununla bağlı dəfələrlə müraciət edirik ki, vətəndaşlar vağzala gəlib, biletini alıb buradan yola düşsünlər. Ona görə də bu kimi hallar baş verdikdə bizim səlahiyyətimizdə olmadığı üçün ölçü götürə bilmirik. Vağzaldan yola düşdükdə isə avtobuslara təkrar baxış keçirilir, daha sonra platformaya çıxarılır. Sürücülər də həmçinin tibbi müayinədən keçirlər. Görüntülər iddia da ola bilər. Ancaq bu videodakı müntəzəm sərnişindaşıma marşrutuna aid deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı