Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBaş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında" 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və "Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında" 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Qərar imzalayıb.

Sonxeber.az xəbər verir ki, sənədə əsasən, "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə" bölməsinə aşağıdakı məzmunda 18-1-ci hissə əlavə edilsin:

Qərarla fəlsəfə doktoru üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ali təhsil müəssisələri" bölməsinə 21-ci hissə - Qarabağ Universiteti əlavə olunub

Həmçinin, "Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilib. Bundan başqa, "Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 743   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil - AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəb mühitində ümumi qaydaların formalaşmasına təsir göstərə bilər. Eyni geyimdən istifadə şagirdlərin ailələrinin maddi imkanlarından asılı olaraq geyim üzərindən yaranan fərqlərin azalmasına, məktəb

28 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr