Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.
Sonxeber.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli tam orta məktəbin şagirdləri Jalə Xasıyeva və İlkin Əliyev, 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəli, 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova, 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmli, "Ankara məktəbi" məktəb-liseyin şagirdi Məhəmməd Əliyev 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.
Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla ümumilikdə 300 bal toplana bilər.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1202 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrBu ərazidə su olmayacaq - Xəbərdarlıq
Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabr