Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsaylı yol-nəqliyyat hadisələrindən biridir.
Belə ki, martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin yetərincə həyata keçirilməməsi səbəbindən bir neçə dəfə burada müxtəlif qəzalar baş verib. Xatırladaq ki, "Qafqazinfo" ərazidəki təhlükəli vəziyyətlə bağlı bir neçə gün əvvəl də məlumat yaymışdı.
Son hadisənin baş verdiyi ərazidə apardığımız müşahidələr zamanı da asfalt örtüyünün qaşınması, müxtəlif qazıntı işlərinin görülməsi və təhlükəsizliklə bağlı önləyici tədbirlərin görülməməsi məlum oldu. Maraqlıdır ki, gecə saatlarından başlayan qazıntı zamanı əldə etdiyimiz görüntülərdən aydın olur ki, ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Səhər isə yola çıxan sürücülər yeni sürprizlərlə qarşılaşıblar.
Əlbəttə, qəza səbəbi ilə bağlı qəti fikir deyə bilmərik. Amma yolun hazırkı vəziyyəti ortadadır və təmir-bərpa prosesi zamanı təhlükəsizlik tədbirlərinin kifayət qədər təmin edilmədiyi bu yol yenə də qəzalara səbəb ola bilər.
Qeyd edək ki, bu gün səhər saat 06:50 radələrində baş vermiş hadisədə Zığdan mərkəz istiqamətində hərəkət edən Aytən Səfərovanın sürdüyü "Hyundai" markalı avtomobil dönmə manevri həyata keçirən "Hyundai İX35" markalı digər avtomobilə çırpılıb. Zərbənin təsirindən həmin avtomobil aşıb və nəqliyyat vasitəsində olan sərnişin həyatını itirib. Aytən Səfərovanın sürdüyü avtomobil isə yolun kənarındakı "KİA"ya çırpılaraq dayanıb.
Aparıcı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı