Valideyn öz övladından imtina edə bilər? - AÇIQLAMA
Övladlıqdan imtina ictimaiyyət arasında istifadə olunan bir anlayışdır. Övladlıqdan imtina həmişə müəyyən bir səbəbə görə olmur. Bəs valideyn qanunvericiliklə övladından imtina edə bilər? Hansı hallarda valideyn uşağını övladlıqdan rədd edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Rövşən Qasımovun sözlərinə görə, heç bir halda valideyn uşağını övladlıqdan məhrum edə bilməz:
"Qeyd etmək istəyirəm ki, Azərbaycan qanunvericliyində valideynin uşağını övladlıqdan rədd etməsi kimi bir qanun yoxdur. Övladlıqdan rədd edilməsinə uyğun gələn anlayış, Mülki Məcəlləmizdə yer alan ləyaqəsiz vərəsəlik anlayışıdır. Qanunda nəzərdə tutulmuş şərtlər olduqda, valideyn pay varisini vərəsəlikdən məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum edilmiş vərəsə qanunla hüququ olan mirasdan öz payını ala bilmir. Qanunla müəyyən edilmiş əsaslar olduqda şəxs öz övladını vərəsədən məhrum edə bilər. Eyni zamanda şəxsin ləyaqəsiz vərəsə elan oluması yalnız məhkəmə qərar verə bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Şəxs o zaman ləyaqətsiz vərəsə sayılır ki, onun miras qoyana qarşı törətdiyi qanunsuz hərəkətləri qəsdən törədilmiş olsun. Yəni ləyaqətsiz vərəsə öz qanunsuz hərəkətlərini törətməklə müəyyən məqsəd güdür. Ləyaqətsiz vərəsələr həm qanun üzrə vərəsələr, həm vəsiyyət üzrə vərəsələr, o cümlədən vəsiyyətnamədə vərəsə kimi göstərilmiş kənar şəxslər ola bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı